SİYASƏT
A- A A+

“Həqiqi addımlar atmağın vaxtı çatıb” - Polad Bülbüloğlu

2018-05-28 08:00:36

"Prezident İlham Əliyev tərəfindən balanslaşdırılmış xarici siyasət aparılır. Bu siyasətin əsasında istisnasız olaraq bizim milli maraqlarımız dayanır"

Bunu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə "Moskovskiy Komsomolets" qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib. P. Bülbüloğlu deyib ki, məhz ölçülü və çoxistiqamətli xarici siyasət sayəsində Azərbaycan ildən ilə öz mövqelərini həm regionda, həm də dünyada möhkəmləndirir: Bir neçə il bundan qabaq Azərbaycan Birləşmiş Millətlər Təşkilatı üzvlərinin tam əksəriyyətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, onu göstərirdi ki, dövlətimiz özünü beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi işinə böyük töhfə vermək bacarığı olan etibarlı tərəfdaş kimi təsdiq edib. Başqa bir parlaq göstərici isə son illər ərzində Bakının siyasi və humanitar xarakter daşıyan böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Əlavə etmək istəyirəm ki, Bakıda Rusiya və ABŞ baş qərargah rəislərinin görüşləri təşkil edilib, bu görüşlərdə regional və beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər müzakirə olunur". Səfir qeyd edib ki, bütün dövlətlər ilə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayan Azərbaycan Ermənistanla münaqişə vəziyyətindədir: "Bu ölkə artıq 30 ildir ki, Azərbaycana qarşı hərbi işğalçılıq siyasəti aparır, ərazilərimizin 20 faizini işğal altında saxlamağa davam edir. BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının, ATƏT, Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, islam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan onları tamamilə rədd edir, beynəlxalq hüququn prinsip və normalarını pozaraq "status-kvo"nun qorunub saxlanmasına istiqamətlənmiş tədbirlər görməyə davam edir. Sözsüz ki, mövcud "status-kvo" qəbuledilməzdir. Münaqişənin həlli ilə bağlı həqiqi addımlar atmağın vaxtı çoxdan gəlib çatıb" (apa)


Kateqoriya : SİYASƏT Baxış sayı : 612

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 15:20:16

CƏMİYYƏT
Yüz il bundan əvvəlin eyni məkanında...
Yüz il bundan əvvəlin eyni məkanında...

Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri davam edir. Oktyabrı...

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

İQTİSADİ

2019-10-23 10:45:33

İQTİSADİ
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu...

Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabın...

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...