İQTİSADİ
A- A A+

Tbilisidə Azərbaycanın Cənubi Qafqazın enerji təhlükəsizliyindəki rolundan danışılıb

2018-05-26 12:45:04

.

Mayın 25-də Tbilisidə “Cənubi Qafqaz enerji sammiti” keçirilib. Fact-info.az AZƏRTAC-a istidan xəbər verir ki, Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasovun da iştirak etdiyi tədbirdə Cənubi Qafqazda enerji sahəsində əlaqələrin inkişafı, bu sahədə infrastruktur layihələri, iki və üçtərəfli əməkdaşlıq, vahid enerji bazarının yaranması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və enerji təminatında davamlılığın təmin olunması məsələləri müzakirə olunub. Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili konfransda çıxış edərək ölkəsinin enerji ehtiyatları, Azərbaycan və Türkiyə ilə birgə həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri barədə danışıb. Nazir bildirib ki, sammitdə müzakirə olunan texniki, normativ-hüquqi və digər məsələlər Cənubi Qafqaz ölkələrinin və digər qonşu dövlətlərin enerji təminatında və təhlükəsizliyində mühüm rol oynayır. Avropa İttifaqının Cənubi Qafqaz regionuna diqqətinin artdığını vurğulayan nazir deyib ki, Gürcüstan regionda enerji bazarının yaranması və inkişafında maraqlıdır. O, ölkəsinin investisiya imkanları və investorlara yaradılan əlverişli şərait barədə də ətraflı məlumat verib. Natiq Abbasov sammitdə çıxış edərək regionda və dünyada gedən proseslərə toxunub, enerji resurslarından səmərəli istifadə, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınması ilə bağlı görülən işlər barədə məlumat verib.

Azərbaycan neftinin Qara və Aralıq dənizləri vasitəsilə dünya bazarlarına nəqlində Bakı-Supsa, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft qaz kəmərlərinin əhəmiyyətindən danışıb. Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli əməkdaşlığı barədə ətraflı məlumat verib, bu əməkdaşlıq sahəsində Şərq-Qərb enerji dəhlizinin yarandığını diqqətə çatdırıb.

Bildirib ki, göründüyü kimi, Azərbaycan enerji sahəsində əməkdaşlıqda və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Amma regionda mövcud olan bir sıra problemlər, o cümlədən Azərbaycan ərazilərinin 20 faizdən çoxunun Ermənistan tərəfindən işğal olunması, bir milyondan çox insanın öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi əməkdaşlığımıza ciddi maneə yaradır. Ermənistanın təcavüzkar siyasətinin davam etməsi Avropanın özü üçün də ciddi təhlükə mənbəyidir. Enerji təhlükəsizliyi və davamlı enerji təminatında, bu sahədə səmərəli əməkdaşlıqda maraqlı olan dövlətlər buna görə də Ermənistana qarşı təzyiqləri artırmalıdır.

Çıxışlarda regionda mövcud olan münaqişələrin həllinin vacibliyini vurğulanıb, bunun enerji təhlükəsizliyində də mühüm rol oynayacağı qeyd olunub. Bildirilib ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik regionda vahid enerji bazarının yaranması və əməkdaşlığın genişlənməsi üçün vacibdir. Cənubi Qafqazda sabitlik Avropanın təhlükəsizliyində mühüm rol oynayacaq.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 837

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...