SİYASƏT
A- A A+

Britaniya Nümayəndələr Palatası Saakyanı qəbul etməyib

2015-07-09 09:30:13

"Böyük Britaniya parlamentinin Nümayəndələr Palatası işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin separatçı rejiminin başçısı Bako Saakyanı qəbul etməyib"

Fact-info.az  xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə deyib.

Onun sözlərinə görə, bu barədə Böyük Britaniya Nümayəndələr Palatasının İctimai informasiya idarəsinin rəhbəri Mett Ringerin rəsmi məktubunda deyilir: “Böyük Britaniya parlamentinin istənilən üzvü kommersiya məqsədilə parlament binasında yer sifariş edib özəl şəxsləri görüşlərdə iştirak etməyə və ya çıxış etməyə dəvət edə bilər. Çox güman ki, Bako Saakyanla bağlı məsələ də məhz belə olub”.

Məktubda qeyd olunur ki, Nümayəndələr Palatası rəsmi şəkildə Bakı Saakyanı qəbul etməyib və o, formal olaraq palata qarşısında çıxış etməyib.

T.Tağızadə bildirib: “Nəzərə almaq lazımdır ki, Böyük Britaniya parlamentində yalnız spiker və komitə rəhbərləri rəsmi şəxslər hesab edilir. Parlamentlərarası dostluq qrupları çərçivəsində hansısa görüşlər təşkil edilərkən onlar rəsmi keçirilmir. Ermənistan mətbuatının Böyük Britaniya parlamentində guya tədbirin keçirilməsi və orada separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın çıxış edərək separatçıların “DQR” adlandırdıqları qanunsuz qurumun “tərəqqisi” barədə danışması ilə bağlı yaydığı məlumat növbəti dəfə beynəlxalq ictimaiyyəti bilərəkdən yanlışlığa sövq etmək, eləcə də münaqişənin başlamasından və Azərbaycanın beynəlxalq tanınmış ərazisinin bir hissəsinin erməni silahlı bölmələri tərəfindən silahlı təcavüzə və işğala məruz qalmasından etibarən Cənubi Qafqaz regionunda siyasi vəziyyətin vacib komponenti qismində olan əlavə gərginlik yaratmaq cəhdidir”.

Səfər təəssüflə vurğulayıb ki, bu cür cəhdlər bəzən dövlətlərdə, o cümlədən Avropa qitəsində tərəfdarlar tapır: “Səfirliyin Böyük Britaniya Xarici İşlər Nazirliyinin Ərazi departamentinin rəhbərliyindən və ölkə parlamentinin nümayəndələrindən aldığı məlumata əsasən, bu informasiya həqiqəti əks etdirmir. Böyük Britaniya XİN növbəti dəfə təsdiq etdi ki, Bako Saakyan üçün hansısa rəsmi görüşlər nəzərdə tutulmayıb və keçirilməyib. Erməni tərəfinin arzu ediləni həqiqət kimi təqdim etmək cəhdləri təəssüf və iyrənclik hissi doğurur".

Qeyd edək ki, Ermənistan KİV-in B.Saakyanın parlamentdə görüşləri ilə bağlı yaydığı fotoşəkillər onun Londonda erməni evində keçirdiyi görüşdən olan fotoşəkilləri ilə eynidir. Əgər B.Saakyan Londona şəxsi fotoqrafını gətiribsə, görəsən, onu özü ilə niyə parlamentə aparmayıb? Doğrudanmı Bako Saakyan "piar" üçün imkanı əldən verib və Böyük Britaniya parlamentinin üzvləri şəkil çəkdirməyib?

Niyə parlamentdəki görüşlərdən heç bir fotoşəkil yoxdur və Böyük Britaniya parlamentində onun parlamentə gələrək çıxış etməsini təsdiq edən heç bir məlumat tapa bilmirlər?

 

 

 
 


Kateqoriya : SİYASƏT Baxış sayı : 749

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

2018-11-11 09:25:21

CƏMİYYƏT
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...
Əli Həsənov: "Azərbaycan dünyaya toleran...

Misirin “İdaat” saytı səfər zamanı Əli Həsənovdan alınan müsahibəni yayıb. Mü...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...