SİYASƏT
A- A A+

“Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin yekunları ilə əlaqədar Moskvada kataloq nəşr edilib

2018-05-25 09:55:59

.

Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Liderinin 95 illik yubileyi münasibətilə keçirilmiş “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin yekunlarına dair hazırlanmış kataloq Moskvada nəşr edilib. Nəşrdə AZƏRTAC-ın materiallarından da istifadə olunub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgi altı bölmədən ibarət idi. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 300-dən çox eksponat – fotolar, sənədlər və videomateriallar nümayiş olunurdu. Kataloqda sərgidə nümayiş etdirilən fotoşəkillər və sənədlər toplanıb, hər bir eksponat Azərbaycan və rus dillərində şərhlərlə müşayiət olunur.

Nəşrə ön sözdə qeyd olunur ki, Heydər Əliyevin bioqrafları, müasirləri və həmkarlarının yekdil rəyinə görə, Ulu Öndərin başlıca keyfiyyəti Vətəninə və xalqına sonsuz sevgisi idi. Ümummilli Liderin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı, böyük təşkilatçılıq istedadı ona həmvətənləri arasında və xaricdə yüksək nüfuz qazandırıb. Son dərəcə mürəkkəb tarixi dövrdə müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycan cəmiyyətinin birləşdirilməsi üçün çox işlər görüb, xalqın həqiqi liderinə çevrilib. Heydər Əliyev Azərbaycanın uğurlu inkişafının mühüm şərtlərindən birini Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələri yaradılmasında, qarşılıqlı faydalı əməkdaşlığı və ölkələrimiz arasında konstruktiv tərəfdaşlığı möhkəmlətməkdə görürdü.

Kataloqda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Azərbaycan Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi, Rusiya Prezidentinin mətbuat xidməti, Rusiya Prezidenti Arxivi, Rusiya Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyinin, Dövlət Arxivinin və digər qurumların təqdim etdiyi sənədlər və fotoşəkillər əksini tapıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 317

QHT və MEDİA

2019-02-21 09:30:11

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-21 10:00:56

İQTİSADİ
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir. Trend-...

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...