SOSİAL
A- A A+

“Əl-Cəzirə”nin jurnalisti işğaldan azad edilmiş Cocuq Mərcanlıdan yazır

2018-05-25 09:10:31

Bu gün Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri “Əl-Cəzirə”nin jurnalisti Azərbaycanın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi haqqında yazısında qeyd edib. Müəllif bildirir ki, bu gün Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti bumu yaşanır. Ötən il ərzində məktəblər, idman obyektləri və yeni tikilmiş məscidin yanında evlər salınıb və onların sayı artırılır. Ölkənin geniş qaz və neft ehtiyatları, infrastruktur və mənzil layihələrinin olması Azərbaycanda müşahidə olunan ümumi mənzərədir, lakin Cocuq Mərcanlının bərpasını vacib edən onun yerləşdiyi mövqedir.

Jurnalist qeyd edir ki, Cocuq Mərcanlı sakinləri Azərbaycanın 1,2 milyondan çox qaçqın və məcburi köçkün əhalisinin bir hissəsidir. Münaqişə nəticəsində itkin düşənlər, həyatını itirənlər, məcburi köçürülənlər, torpağını itirənlər məhz azərbaycanlılar idi. Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altındadır. Yalnız Dağlıq Qarabağ bölgəsi deyil, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli də işğal altındadır. Hazırda bu ərazilərdə etnik azərbaycanlı yoxdur. İyirmi ildən artıqdır ki, məcburi köçkünlər öz torpaqlarına qayıtmağa ümid edirlər. 2016-cı ilin aprel ayında Azərbaycan hərbçilərinin dördgünlük müharibədə erməni silahlı qüvvələrini əzib onları geri çəkilməyə vadar etməsi ilə təxminən 20 kvadratkilometr ərazi Azərbaycanın nəzarəti altına keçdi. Cocuq Mərcanlı Azərbaycan əsgərləri tərəfindən tamamilə geri qaytarıldı. Beləliklə, iki ildən artıqdır ki, ilk dəfə olaraq az sayda azərbaycanlı ermənilərin işğal etdiyi torpaqlara qayıtdı və 1994-cü ildən etibarən ilk dəfə olaraq nəzarət xətti dəyişdi.

Müəllif yazır ki, Cocuq Mərcanlıdan təxminən bir neçə kilometr şimalda, 1990-cı illərdə atəşə tutularaq dağıdılmış Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin çobanyastığı sahələri ilə və dağıntılarla əhatə olunmuş qəbiristanlıq var. O qeyd edir ki, 2017-ci ilin iyul ayında erməni qoşunları yaxınlıqdakı Alxanlı kəndini atəşə tutarkən azərbaycanlı uşaq və onun nənəsi öldürülüb.

“Əl-Cəzirə”nin əməkdaşı bildirir ki, Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün yeni şəhərciklərin salınmasına xeyli vəsait sərf edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 417

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...