QHT və MEDİA
A- A A+

Xarici media Ermənistanı günahlandırır

2015-07-10 09:30:46

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Laçın rayonundan olan qaçqınların “Çıraqov və digərləri Ermənistana qarşı” adlı işi üzrə nəhayət qərar qəbul edib

Qərarda Ermənistan Azərbaycan torpaqlarını işğal etməkdə təqsirkar bilinir.

Bu barədə Raul Louri Kontrerasın ABŞ-ın nüfuzlu “The Hill” qəzetində dərc edilən məqaləsində deyilir.

Müəllifin sözlərinə əsasən, AİHM-in qərarı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin potensial nizamlanmasına güclü təsir edə bilər: “AİHM 16 iyun tarixli qərarı ilə Ermənistanı Azərbaycana qarşı aqressiyada və ölkə ərazisinin təqribən 20 faizini işğal etməkdə təqsirkar bilib".(trend)

Məqalədə deyilir ki, 1988-ci ilin fevralında ermənilərin törətdiyi qətliam Azərbaycan və Ermənistan müstəqilliklərini elan etdikdən sonra iki ölkə arasında irimiqyaslı münaqişəyə çevrildi: “Azərbaycanın aqressiyada ittiham etdiyi Ermənistan münaqişədə iştirakını inkar edirdi. Lakin Avropa Məhkəməsinin yaydığı məlumatda deyilir ki, çoxsaylı məruzələr və Ermənistan hökumətinin keçmiş və indiki üzvlərinin də verdiyi açıq şəkildə bəyanatlar təsdiq edir ki, Ermənistan ən başlanğıcdan Dağlıq Qarabağ münaqişəsinə aktiv cəlb olunub".

Müəllif yazır: “Avropa Məhkəməsinin press-relizində deyilir ki, Dağlıq Qarabağ regionunun qanunsuz hakimiyyəti Ermənistandan hərbi, siyasi, maliyyə və digər dəstək alır. Bununla da Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarəti həyata keçirir”.

R.L.Kontreras qeyd edir ki, Ermənistanın Avropada II Dünya müharibəsindən sonra insanların (qaçqınların) məcburi yerdəyişmələrinin ən böyüklərindən birinə səbəb olan Dağlıq Qarabağ münaqişəsinə heç vaxt cəlb olunmaması ilə bağlı bəyanatı yalan kimi tanındı.

Məqalədə bildirilir ki, ermənilər diqqəti Avropa Məhkəməsinin Azərbaycana qarşı aqressiyada və ərazilərini işğal etməkdə birbaşa təqsirləndirdiyi Ermənistanla bağlı qərarından yayındırmağa çalışmaq üçün AİHM-in həmin gün qoşunların təmas xəttində mülkiyyətin itirilməsi məsələsi üzrə qəbul etdiyi “Sarkisyan Azərbaycana qarşı” iddia ilə əlaqədar digər qərarına fikri cəmləyəcək: “Lakin bu iki iddianı müqayisə etmək düzgün park etməməyə görə cərimə ilə avtobus dayanacağında 10 nəfəri öldürməklə müqayisə etmək kimi bir şeydir”.

Müəllif xatırladır ki, Ermənistan 25 ildir Azərbaycanın Dağlıq Qarabağ regionundakı separatçılardan ibarət bandanı maliyyələşdirir, onlara silah, əsgər və siyasi dəstək verir: “Erməni qoşunları və onların Qarabağdakı vassal bandaları bütün növ və miqyasda hərbi cinayətlər törədiblər. “Human rights Watch” hüquq təşkilatının 1992-ci il fevralın 26-da erməni əsgərlərinin Azərbaycanın Xocalı şəhərində 600-dən çox kişi, qadına və uşağı öldürməsi barədə sənədləşdirilmiş dəlilləri mövcuddur. Məhkəməyə bu qərarı çıxarmaq üçün 10 il vaxt lazım olmasına baxmayaraq, o qərara aldı ki, Ermənistan suveren Azərbaycanın ərazilərinə soxulmaqda və onun torpaqlarının 20 faizini işğal etməkdə təqsirkardır. Bundan başqa, məhkəmə Ermənistanı yalançılıqda və Azərbaycana qarşı aqressiv müharibədə günahkar hesab edib”. 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1522

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...