SOSİAL
A- A A+

"Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxacaq"

2018-05-23 09:05:02

.

”Erməni girovluğundakı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı lazımi tədbirlər görülməkdədir. Əldə olunan materiallar, sənədlər tərəfimizdən Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Biz lazım olan işləri vaxtında həyata keçiririk". APA-nın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri, D. Əsgərov və Ş. Quliyevin hüquqlarını müdafiə edən Anar Bağırov deyib.

O bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi D. Əsgərov və Ş. Quliyevin işinə baxılmasını tezləşdirəcək: "Biz buna ancaq ümid edə bilərik. Avropa Məhkəməsinin öz prosedurları var. Burada söhbət yalnız insanların qanunsuz həbsindən getmir, onlara işgəncə də verilib. Bu insanların səhhətində ciddi problem var".

A. Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası D. Əsgərov və Ş. Quliyevlə bağlı bütün lazımi tədbirləri görür: "Biz bu məsələdə sona kimi mübarizə aparacağıq. Hesab edirəm ki, yaxın aylar ərzində Avropa Məhkəməsi bu məsələyə baxacaq, ədalətli və düzgün qərar qəbul edəcək. Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi Avropa Məhkəməsinin nüfuzuna təsir edən məsələdir. Avropa Məhkəməsi bu məsələdə öz prinsipiallığını nümayiş etdirməlidir".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş. Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 321

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...