MƏDƏNİ
A- A A+

"Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq

2018-05-23 08:35:30

Mayın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaq

Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından, rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərlərinin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əsginasların və poçt markalarının nümayişi nəzərdə tutulur. Burada İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şura üzvlərinin portretləri, Cümhuriyyət hökumətinin üzvləri haqqında məlumat, Azərbaycanı rus-imperialist və daşnak işğalçılarından azad etmiş Qafqaz İslam Ordusunun, Azərbaycan ordusunun və sərkərdələrinin fotoşəkilləri verilib.

Eksponatlar arasında Cümhuriyyətin xəritələri xüsusi yer tutur. Onların sırasında Paris Sülh Konfransına təqdim edilmiş, habelə Cümhuriyyətin sərhədlərini əks etdirən siyasi xəritələr var. Ekspozisiyada, həmçinin 1920-ci il aprelin 28-də Cümhuriyyəti süquta yetirmiş rus bolşevik hökumətinin 11-ci Qırmızı Ordusunun Bakıda çəkilmiş fotoları da yer alacaq. Cümhuriyyət 23 ay yaşasa da, ötən yüz il ərzində Azərbaycan xalqının bütövlükdə mədəni yüksəlişi, o cümlədən təsviri incəsənəti sürətlə inkişaf edib. Əzim Əzimzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova, Cavad Mircavadov Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tahir Salahov, Ömər Eldarov və başqa rəssamların yaradıcılığı məhz bu yüzillikdə formalaşaraq ölkəmizi dünyaya tanıdıb. Azərbaycan Xalq Cümhuriyyətinin, müstəqillik, azadlıq ideyalarının, demokratik dəyərlərin, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman rəssamların yaradıcılığında özünəməxsus yer tutub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 231

QHT və MEDİA

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...