İQTİSADİ
A- A A+

"Azərbaycanın borc dayanlıqlılığı istiqamətində mövqeyi qənaətbəxşdir"

2018-05-23 06:35:13

"2017-ci ilin sonuna dövlət borcunun ümumi məbləği 17 milyard manat, 2017-ci il üzrə ÜDM-ə nisbəti 24,3 faiz, adambaşına düşən borc isə manat ifadəsi ilə 1718,3 manat təşkil edib

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, ümumi dövlət borcu məbləğinin 93,9%-i xarici dövlət borcuna, 6,1%-i daxili dövlət borcuna aid olub.

"Fiskal dayanıqlılığın təmin edilməsində əsas şərt olan borc dayanlıqlılığını xarakterizə edən göstəricilərin təhlili göstərir ki, ümumilikdə bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda qeyd etdiyi kimi, dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Belə ki, hesabat ilində daxili borcun ÜDM-ə faiz nisbəti 1,5 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin ixraca nisbəti 6,4 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin dövlət büdcəsinin gəlirlərinə nisbəti 9,2 faiz təşkil etməklə qəbul olunmuş sərhədlərdən də aşağı olub", - deyə məlumatda vurğulanıb.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 830

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...