CƏMİYYƏT
A- A A+

Azərbaycanın ABŞ-dakı diaspor təşkilatları Helsinki Komissiyasının qərəzli dinləmələri ilə bağlı etiraz bəyanatları yayıblar

2018-05-22 09:25:48

.

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası-Azərbaycan Amerika Qadınlar Assosiasiyası, Azərbaycan Nyu-York Assosiasiyası, Nyu-York Mədəniyyət Mərkəzi, Bakı Bruklin Dostluq Assosiasiyası, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi, “AZZEM” Beynəlxalq Fondu, “My Way” İnkişaf Mərkəzi ABŞ Helsinki Komissiyasının Azərbaycanla bağlı qərəzli dinləmələrinə dair bəyanatlar yayıb. Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bəyanatlarda bildirilir ki, Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasət yürüdür və atdığı addımları hər hansı fövqəldövlətin marağına görə deyil, məhz öz milli maraqlarına görə müəyyənləşdirir. Azərbaycanın müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə, balans siyasətinə üstünlük verməkdə maraqlıdır. Azərbaycan ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurur və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir.

Bəyanatlarda deyilir: “Biz Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında mövcud olan uzunmüddətli strateji əlaqələri yüksək qiymətləndiririk. Xatırladırıq ki, Azərbaycan 11 sentyabr faciəsindən sonra terrorizmə qarşı mübarizə apararaq ABŞ-ı dəstəkləyən ilk dövlətlərdən biri olub.

ABŞ Hökumətinin etibarlı tərəfdaşı olan Azərbaycan Respublikası ilə mühüm ikitərəfli əlaqələrə zərər verə biləcək istənilən seçici yanaşmanın qarşısını almaq üçün əlimizdən gələni etməliyik”.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 214

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...