2018-05-21 08:30:31 | MÜSAHİBƏ
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA birgə layihələr reallaşdıracaq

Mayın 18-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupovla görüşüb

Fonddan AZƏRTAC-a bildirilib ki, görüş zamanı G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun hazırkı və gələcək fəaliyyətinə toxunaraq, türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

G.Əfəndiyeva 2018-ci ilin türk dünyası üçün əlamətdar hadisələrlə zəngin olduğunu vurğulayaraq, türkdilli xalqların dahi şəxsiyyətlər və böyük ictimai-siyasi xadimlərinin işıqlı xatirələrinə həsr olunan tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Bu çərçivədə, TÜRKPA-nın mənzil-qərargahında türk dünyasının böyük mütəfəkkiri Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.

Baş katib A.Mamayusupov öz növbəsində gələcəkdə bu cür tədbirlərin iki qardaş təşkilat tərəfindən birgə keçirilməsinin türk dünyasına töhfə verəcəyinə inamını ifadə edib. O, cari il ərzində TÜRKPA tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söz açaraq, bu yaxınlarda təmsil etdiyi qurumun 10 illik yubileyi münasibətilə təşkil olunacaq tədbirlərdən bəhs edib.

Görüş zamanı, həmçinin cari ilin sentyabr ayında Astanada keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə toplantısında gündəmə gətiriləcək mühüm məsələlər üzrə fikir mübadiləsi aparılıb, bu toplantının türkdilli ölkələrin ortaq əməkdaşlığının və hərtərəfli əlaqələrin inkişafının daha da möhkəmlənməsinə təkan verəcəyi müzakirə olunub. Sonda, qurumlar arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən birgə həyata keçiriləcək proqramlar barədə danışıqlar aparılıb.

Baxış sayı : 1039
Professor Surxay Musayev: “Vətən müharibəsi və COVİD- 19 pandemiyası zamanı bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi” 2021-01-21 14:15:02 Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib 2021-01-21 13:40:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb 2021-01-21 12:55:15 Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq! 2021-01-21 12:40:40 Könül Nurullayeva: “İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq” 2021-01-21 11:50:58 Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək 2021-01-21 11:40:09 “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə” 2021-01-20 17:50:20 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub 2021-01-20 19:05:56 Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət etdilər 2021-01-20 12:45:16 Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir 2021-01-20 10:20:14 Tariximizin şanlı qəhrəmanlıq səhifəsi 2021-01-20 09:50:06 Zəfər savaşından bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev 2021-01-20 09:05:38 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edildi 2021-01-20 09:00:31 Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman 2021-01-20 07:55:54 Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50