MƏDƏNİ
A- A A+

"Gizli istiqlalçılar" sənədli filminin təqdimatı keçirildi

2018-05-19 11:00:02

.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Cümhuriyyət tariximiz qürurumuzdur" layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində "ARB Aranfilm"in ərsəyə gətirdiyi "Gizli istiqlalçılar" sənədli filminin təqdimatı keçirilib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov əhali arasında maarifçilik işinin həyata keçirilməsində, gənclərin dünyagörüşünün genişlənməsində sənədli filmlərin rolundan danışıb. İcraçı direktorun sözlərinə görə, Fondun "Mədəni maarifləndirmə" proqramı çərçivəsində yaradılmış "Kinoklub" məhz elmi-kütləvi, sənədli filmlər vasitəsilə gənc nəslin maarifləndirilməsinə xidmət edir. Bildirilib ki, klubun ilk toplantısında nümayiş etdirilən "Gizli istiqlalçılar" sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfədir.

"ARB Aranfilm" Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç tədbir iştirakçılarına yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan söhbət açıb. T.Tahiroviç ekran əsərində Cümhuriyyətin süqutundan sonra Azərbaycanda Sovet Hakimiyyətinin ilk illərində Milli Müqavimət Hərəkatı adlandırılmış Sol Müsavat Firqəsinin qərarı ilə Bakıda gizli çap edilən "İstiqlal" qəzeti haqqında maraqlı faktların əks olunduğunu bildirib. Filmin ideya müəllifi professor Qulu Məhərrəmli Cümhuriyyət tariximizin öyrənilməsində və təbliğində bu cür sənədli filmlərin rolundan bəhs edib. Film professor Asif Rüstəmlinin tədqiqatları əsasında çəkilib. Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Əminə Həsənli, icraçı prodüseri Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyevdir.

Filmin nümayişindən sonra Bilik Fondunun "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubu, "Gənc jurnalistlər" və "Kinoklub" üzvlərinin, "Mizan" Tələbə Dram Dərnəyinin və Fondda təcrübə keçən ali məktəb tələbələrinin iştirakı ilə keçirilən tədbir maraqlı müzakirələrlə davam edib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1188

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...