MƏDƏNİ
A- A A+

Tarixi hadisələrə şahidlik etmiş bina

2018-05-18 10:25:47

Qonşu Gürcüstanın paytaxtı Tbilisi tarixən siyasi hadisələrin qaynar mərkəzi olub. Bu hadisələrin bəziləri Azərbaycan tarixi ilə bağlıdır

Rusiyada Romanovlar sülaləsinin devrilməsindən sonra Cənubi Qafqazda milli azadlıq hərəkatlarının daha da güclənməsi Azərbaycanda və Gürcüstanda ilk dəfə müstəqil respublikaların yaradılması ilə nəticələndi. Hər iki xalqın müstəqillik bəyannaməsi də məhz Tbilisidə elan olunub. Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik bəyannaməsinə şahidlik etmiş tarixi bina Tbilisinin ən gözəl küçə və prospektlərindən birində - Şota Rustaveli prospektindədir (Şota Rustaveli, 6). Azərbaycanın müstəqilliyinin elan olunduğu bina hazırda “Gənclər evi” kimi fəaliyyət göstərir. Amma çar Rusiyası dövründə bu binada Qafqaz canişinliyi yerləşirdi. 1918-ci il fevralın 23-də bu binada Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə Gürcüstandan sosial demokratlar, Azərbaycandan “Müsavat” partiyasının üzvləri və bitərəflər, Ermənistandan isə “Daşnaksütyun” partiyası təmsil olunub. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil ediblər. Həmin dövrdə müsəlman fraksiyasının 50 üzvü olub. Sosial demokratların 32, ermənilərin isə 27 üzvü Seymdə yer alıblar. Seymdə azərbaycanlılar əksəriyyət təşkil etdiyindən verilən qərarlarda Azərbaycanın söz üstünlüyü ola bilərdi. Bu isə “Daşnaksütyun”a və Azərbaycanı sevməyən digərlərini qane etmədiyindən Seymdə ixtilaf əmələ gəlib.

Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən ayrıldığını bəyan edib və bununla da Seym buraxılıb. Mayın 27-də isə Seymin Azərbaycan nümayəndəliyi özünü müvəqqəti Milli Şura elan edib. Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra isə Milli Şuranın 26 nəfərlik ilk iclasında 24 səslə İstiqlal Bəyannaməsi qəbul edilib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də Tbilisinin mərkəzindəki bu binada yaradıldığı rəsmən elan olunub. Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək bu binada fəaliyyət göstərib.

Bina ilə tanış olarkən tarixin həmin şanlı səhifəsinin şahidi olursan. Binanın əsas zalının girişində divarlarda Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini bildirən məlumat lövhələri yerləşdirilib.

Divarlarda Ermənistana aid belə lövhəyə rast gəlinmir. Binanın salonlarını gəzdikcə sanki həmin dövr insanın gözləri önündə canlanır. Buradakı Güzgülü, Ağ və Qırmızı zallar qədim tarixdən xəbər verir.

Hər tərəfdən xırda güzgülərlə əhatə olunmuş Güzgülü zalda əsasən, müzakirələr aparılıb. Ona görə də bu zala həm də məşvərət zalı deyirlər. Mühüm sənədlər isə qonşu otaqda qızılı lövhələrlə əhatə olunmuş, hündür tavanlı Ağ zalda imzalanıb. Zalda qədim dövrə aid masa və piano var. Azərbaycanın və Gürcüstanın ilk müstəqillik bəyannamələri də məhz bu zalda imzalanıb. Zaqafqaziya Seymi də məhz bu zalda çağırılıb.

Gərgin müzakirələrdən sonra qəbul olunmuş qərarlar isə öz köhnə ənənəsinə uyğun bəzədilmiş Qırmızı zalda elan olunub. Bir növ mədəniyyət evi və konsert salonunu xatırladan bu zalda səhnə və oturacaq yerləri ayrıdır. Qəbul olunmuş qərarlar da məhz həmin səhnədən səsləndirilib. Binanın əhəmiyyəti bununla bitmir. Qafqaz canişinliyinin xidməti məkanı olmuş bu binada həmin dövrdə bir çox görkəmli şəxsiyyətlər, o cümlədən Azərbaycan mədəniyyəti, ədəbiyyatı, fəlsəfi fikrinin banilərindən olan Mirzə Fətəli Axundov və Abbasqulu ağa Bakıxanov da çalışıblar.

Bu möhtəşəm bina 1921-ci ildə Gürcüstan Konstitusiyasının qəbul olunmasına da şahidlik edib. Sovet dövründə Pionerlər evi kimi fəaliyyət göstərmiş binada indi məktəblilər və gənclər üçün müxtəlif dil, musiqi, rəqs dərnəkləri fəaliyyət göstərir. Binanın əsas zallarında beynəlxalq tədbirlər, böyük konsertlər və digər mühüm dövlət tədbirləri keçirilir. Bu binanın sağ girişindəki bağça da son dövrlər bərpa edilib, şəhər sakinlərinin və qonaqların sevimli istirahət məkanına çevrilib. Binanı ziyarət edənlərə onun tarixi, burada qəbul olunmuş mühüm qərarlar barədə ətraflı məlumat verilir.

Xətayi Əzizov AZƏRTAC


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 295

QHT və MEDİA

2018-12-19 10:05:08

QHT və MEDİA
Berlin Humboldt Universitetində Azərbayc...
Berlin Humboldt Universitetində Azərbayc...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin əsas binasınd...

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

CƏMİYYƏT

2018-12-19 10:30:50

CƏMİYYƏT
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...

Ekspertlərin bununla bağlı apardıqları analiz və verdikləri proqnozlar mara...

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...