QHT və MEDİA
A- A A+

Azərbaycan qaziləri Ankarada Heydər Əliyev parkını ziyarət etdilər

2018-05-18 09:10:14

Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə qazilərdən, ehtiyatda olan zabitlərdən, hərbiyönümlü QHT rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyətinin Türkiyə səfəri davam edir

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Emin Həsənli səfərin ikinci günü barədə məlumat verib.

O qeyd edib ki, mayın 16-da nümayəndə heyəti paytaxt Ankarada Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün qəbrini ziyarət edib, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olub, Türk dünyasının iki böyük oğluna ehtiramlarını bildiriblər.

E.Həsənli deyib ki, Anıtqəbirdə Türkiyənin istiqlal mübarizəsi tarixini əks etdirən muzeylə tanış olublar.

QHT rəhbəri Heydər Əliyevin adını daşıyan parkda yaradılan şəraiti yüksək qiymətləndirib: “Parkda Azərbaycanın tarixi və mədəniyyətinin təbliği, eləcə də böyük konfransların keçirilməsi üçün xüsusi mərkəz yaradılıb. Ölkəmizdə də Atatürkün adını daşıyan park yaradılıb, mərkəz fəaliyyət göstərir. Bu istiqamətdə atılan addımlar iki qardaş ölkənin əbədi dostluğunun göstəricisidir".

E.Həsənlinin sözlərinə görə, nümayəndə heyəti Ankarada Reabilitasiya Mərkəzində müalicə alan Türkiyə qazilərini də ziyarət edib: “İstər Türkiyə daxilində, istərsə də Afrində terrorla mübarizədə həyata keçirilən təxirəsalınmaz tədbirlər zamanı xəsarət alanlarla Azərbaycanın 20 Yanvar, Qarabağ, o cümlədən, Aprel döyüşləri qazilərinin görüşməsi onlara psixoloji dəstəkdir”.

Ankara səfərinin “Türkiyə Əməkli Subaylar” və “Türkiyə Müharib Qazilər” dərnəklərinin dəvətilə baş tutduğunu deyən QHT sədri bildirib ki, bu cür tədbirlər mütəmadi olaraq keçirilir: “Həm Azərbaycandan Türkiyəyə, həm də Türkiyədən Azərbaycana səfərlər təşkil olunur”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1526

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...