MÜSAHİBƏ
A- A A+

Surxay Musayev: “Telekanallar, KİV-lər maarifçilik işində öndə olmalıdır”

2015-03-29 12:15:28

Müsahibimiz Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının direkroru, əməkdar elm xadimi, professor Surxay Musayevdir. O, tibb sahəsində tətbiq olunan yeniliklər və digər maraqlı məqamlara toxunub:

-Surxay müəllim, ilk öncə ondan başlayaq ki, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında tətbiq olunan yeniliklər öz effektli nəticələrini verirmi?

-Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında 30-dan çox tibb elmləri doktoru, professor, 200-dən çox elmlər namizədi tədris, elm və müalicə işləri ilə məşğul olur. Bu da bizim sahə ilə bağlı bütün xəstəliklərin yüksək diaqnozunu qoyub müalicə etməyə imkan yaradır. Eyni zamanda burada çalışan alimlərimiz mütəmadi olaraq beynəlxaq tədbirlərdə, konqreslərdə işirak edərək dünyada tibb sahəsində olan yeniliklərlə tanış olurlar. Sonradan həmin yenilikləri və həmçinin dünyada tibb sahəsində mövcud olan müasir avadanlıqları klinikamızda tətbiq etməyə çalışırıq. Bu yaxınlarda Almaniyadan gələn bir alim bizim klinikada dünya tibb sahəsindəki yeniliklərlə bağlı mühazirə oxuyub. Sonradan məlum oldu ki, həmin alimin söylədiyi yeniliklər artıq Tədris-Terapevtik Klinikasında tətbiq olunur. Yəni bizim klinikamız müəyyən standartlara cavab verir. İndi tələbə bir məkanda həm təhsil alır, həm də bizə müraciət edən xəstələrin terapevtik müalicə prosesini yaxından izləyib öyrənir. Bu klinikanın üstünlüyü budur. Artıq bizim tələbərimiz bu yüksək səviyyəli avadanlıqlarla tanış olub, bütün prosesləri öyrənə bilir. Klinikamızda hemotologiya şöbəsi yaradılır. Əvvəllər bizdə nəinki belə şöbə heç kafedra yox idi. Bu şöbənin yaradılması bu sahədə gənc mütəxəssislərin yetişməsinə təkan verəcək. Bundan əlavə çox müasir tipli reanimasiya şöbəsi yaratmışıq. Burada çox ağır xəstəliklərin müalicəsini həyata keçirmək mümkün olur. Həmçinin klinikada təcili yardım xidməti gəaliyyətə başlayıb. Təcili yardım maşınları almışıq. Bu avtomobillər vasitəsilə ilə ağır xəstələrə yardım göstərmək imkanı yaranıb. Hələlik Bakı şəhərində sonralar bölgələrimizdəki ağır xəstələrin klinikaya çatdırılması prosesi həyata keçiriləcək. Bu xidmət zamanı elə avtomobildə xəstəyə ən yüksək səviyyədə dəstək göstərilir.

- Sizə bu xidmətlə bağlı müraciət edən varmı?

- Təbii var. Artıq bizim bu sahədə müraciət edənlərin sayı artıb.

-Tibb təhsili və elminin vəhdəti bu gün nə dərəcədə zəruridir?

- Bu çox zəruri məsələdi. Əslində bizim universitetdə elmlə təhsilin vəhdəti yaranıb. Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında dünyanın ən modern təhsil sistemi formalaşır. Mən deyərdim bizim universitet dünyanın ən möhtəşəm Tibb Universitetlərindən geri qalmır. Universitetinin maddi - texniki bazası əsaslı şəkildə möhkəmlənib. O cümlədən kafedraların maddı - texniki bazası möhkəmləndirilib və onlar müasir avadanlıqlar, yeni tədris vəsaitləri ilə təmin olunublar. Bunlar isə ATU-da tədris prosesinin qat-qat yüksəlməsinə təsir göstərir. Bu, artıq tələbələrdə, həkimlərdə nəzəri biliklərlə bərabər praktik vərdişlərin yetərincə formalaşmasına zəmin yaradır. Onların istənilən şəraitdə elmi məntiqlə və topladığı təcrübə ilə vəziyyətdən çıxmasına imkan yaradır. Universitet klinikaları tələbələrə bu imkanları yaratmaqla bərabər, həm də tədrisin keyfiyyətini daha da yüksəldir. Bütün bunlar isə dünya tibb elminin ən son naliyyətlərini, bu sahədə olan informasiyaları əldə etməyə imkan yaradır. Bu, həm müəllimlərimiz, həm də tələbələrimiz üçün geniş imkanlar açır.

-Bu gün Azərbaycanda xeyli sayda yaradılmış özəl klinikalar var. Belə məqamda Tibb Universitetinin Tədris-Terapevtik Klinikası öz reytinqini qorumaq üçün nələri etməlidir?

-Özəl tibb müəssisələrinin getdikcə artması zamanın tələbidir, respublikamızda sahibkarlığa, özəl sektorun inkişafına yaradılan münbit şəraitin nəticəsidir. Lakin bu müəssisələr öz statuslarına, şəraitinə və kadr potensialına uyğun iş görməlidirlər. Odur ki, hər bir yaradılan özəl və ya dövlət müəssisəsinin, statusu müəyyən olunmalıdır. Ambulatoriya, tibb məntəqəsi, poliklinika, xəstəxana, klinika ayrı-ayrı statuslu tibb müəssisələridir. Klinika stasionar müalicə ilə yanaşı tədris və elmi-tədqiqat işləri ilə məşğul olan tibb müəssisəsinə deyilir. Ədalət naminə demək lazımdır ki, bu gün respublikada müasir standartlara cavab verən bir necə özəl tibb müəssisəsi mövcuddur. Lakin onların heç biri “Klinika” və ya “Klinik xəstəxana” statusunda deyil. Bir çoxları isə bir-iki otağı arendaya götürərək, özlərini klinka adlandırır və diletantcasına televiziya ekranlarında az qala bütün xəstəliklərin müalicəsini öz üzərinə götürürlər. Bu normal hal deyil.

Bu gün telekanallar həmin özəl klinikaların reklamı ilə daha çox məşğul olur.

Döğurdanda həmin klinakalar TV-lər vasitəsilə yeri gəldi gəlmədi özlərini reklam edirlər. Bu vasitə ilə insanları aldadırlar. Televiziyalar vətənpərvərliklə, milli dəyərlərlə bağlı proqramlara yer vermək və digər önəmli məsələrlərdən danışmaq, maarifləndirici xarakterli verlişlər hazırlamaq əvəzinə daha çox bayağı şoulara meyl edirlər. Hansı kanala baxırsan xalqın taleyinə, tarixinə, milli dəyərlərinə dəxli olmayan verilişlər yayımlanır, və yaxud özəl klinikaların reklamları yayımlanır. Bu reklamlar vasitəsilə daha çox tanınan və heç bir yüksək kadr potensialı, yüksək tibb şəraiti olmayan belə özəl klinikalar yalnız əhalini aldatmaqla məşğul olurlar.

-Cəmiyyətdə dərinləşən bu mənfi tendensiyanın qarşısını almaq, insanları doğru yola dəvət etmək üçün nə etmək lazımdır?

- Ziyalılar, tanınmış simalar bir sözlə hamımız çıxış etməliyik. İnsanlara doğrunu anlatmalıyıq. Maarifçilik işi sürətlənməlidir. Telekanallar, KİV-lər maarifçilik işində öndə olmalıdır. O zaman insanlar aldanmayacaq.

-Azərbaycanın səhiyyə sistemində ciddi islahatlara başlamaq zamanı yetişibmi?

-Artıq belə islahatlar gedir. Səhiyyə obyektlərinin infrastrukturunun möhkəmlənməsi, yeni avadanlıqlarla təmin edilməsi və digər proseslər islahatların tərkib hissəsidir. Artıq Azərbaycanın bütün səhiyyə ocaqlarında infrastruktur layihələri həyata keçirilir. Yeni avadanlıqlar alınır. Həmçinin Azərbaycan Tibb Universitetində ciddi islahatlar aparılıb. Bizim universitetdə dünyanın ən modern təhsil sistemi formalaşır. Mən deyərdim bizim universitet dünyanın ən möhtəşəm Tibb Universitetlərindən geri qalmır. Universitetinin maddi - texniki bazası əsaslı şəkildə möhkəmlənib. Bütün bunlar islahatların tərkib hissəsidir.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 2370

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...