QHT və MEDİA
A- A A+

Kanada azərbaycanlıları Helsinki Komissiyasının dinləmələrinə etiraz edir

2018-05-16 08:35:09

Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) ABŞ Helsinki Komissiyasının Azərbaycana dair dinləmələri ilə əlaqədar etiraz bəyanatı yayıb

Bəyanatda KATİ Helsinki Komissiyasının 2018-ci il mayın 9-da Azərbaycanda seçkilər və fundamental azadlıqlarla bağlı keçirilmiş dinləmələrinin səthi və əsassız olduğu diqqətə çatdırılır. Bildirilir ki, araşdıqma prosesinin bir qismi, tənqid olunma da daxil olmaqla spekulyasiyaya və ümumiləşdirməyə əsaslanır, hətta gerçəkləri faktlarla əks etdirmir: “Biz inanırıq ki, demokratiyanı gücləndirmək baxımında irəli sürülmüş təkliflər obyektiv analiz və prinsiplərə əsaslanmalıdır. Sizin tənqidlərinizdən bəlli oldu ki, 1991-ci ildə Sovet hakimiyyətinə qarşı qalxaraq, Azərbaycanı Ermənistanın təcavüzündən qorumaq üçün minlərlə qurban verən Azərbaycan xalqının demokratik düşüncəsini anlamamısınız”. Bəyanatda daha sonra deyilir ki, gündəlik müşahidələrə əsasən Azərbaycan mətbuatında hakimiyyətin qanunvericilik, icra və məhkəmə orqanlarının bir çox aspektləri ilə bağlı tənqidi müzakirələr olub, müxalifətin nümayişlər və ya etirazlar yolu ilə hökumət əleyhinə fikrini sərbəst şəkildə ifadə etmək hüququna heç bir təzyiq göstərilməyib. Buna görə də, demokratiyanın bütün əsas elementlərinin bu gün Azərbaycanda yaxşı vəziyyətdə olduğu qeyd olunur. KATİ Helsinki Komissiyasının Azərbaycanla bağlı son hesabatının təhriflərlə dolu olduğunu hesab edir və Komissiyanı bəzi ölkələrdə, o cümlədən Ermənistanda insan haqları ilə bağlı dəhşətli vəziyyətə nəzər salmağa çağırır. Qeyd edək ki, Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (The Canadian İnstitute of Azerbaijani Studies - CIAS) - Kanadadakı Azərbaycanı tədqiq edən akademik mərkəzdir, eyni zamanda Kanadada akademik cəmiyyətin geniş bir hissəsini təmsil edən bitərəf, müstəqil təşkilatdır. Təşkilat yarandığı gündən etibarən, Azərbaycanda, eləcə də Mərkəzi və Şərqi Avropada demokratiya, insan və milli azlıqların hüquq və azadlıqlarını müdafiə edir, qanunun aliliyinə dəstək verir. KATİ həmçinin, Şimali Amerika və Azərbaycan əlaqələrini dəstəkləyir.(qhtxeber.az)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 659

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...