QHT və MEDİA
A- A A+

ABŞ-ın Missisipi ştatının paytaxtında Azərbaycan Milli Günü bəyan olunub

2018-05-14 10:00:53

ABŞ-ın Missisipi ştatının paytaxtı və ən böyük şəhəri olan Cəksonun meri Çokvi Antar Lumumba Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə rəsmi bəyannamə imzalayıb

Sənəddə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur.

Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa müddətdə irqi, cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququ tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə, hətta ABŞ-dan da əvvəl qadınlara seçki hüququnun verilməsini təmin edib.

Bəyannamədə, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən Sovet İttifaqının tərkibinə daxil edildiyi, lakin 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməyə nail olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, öz suverenliyini və müstəqilliyini möhkəmləndirən Azərbaycan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Ç.Lumumba bəyannamədə 2018-ci il 28 may tarixini Cəkson şəhərində Azərbaycan Milli Günü elan edib və vətəndaşları dünyada yaşayan miliyonlarla, o cümlədən ABŞ-da yaşayan on minlərlə azərbaycanlı ilə birlikdə Azərbaycan Milli Gününü qeyd etməyə çağırıb. Cəkson şəhərinin meri, həmçinin vətəndaşları demokratiyanın Mərkəzi Asiya, Orta Şərq və Qafqaz regionunda mühüm rolunu xatırlamağı təşviq etməyə səsləyib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1672

QHT və MEDİA

2018-07-15 11:40:29

QHT və MEDİA
“Səhra həkimləri” sənədli filminin təqdi...
“Səhra həkimləri” sənədli filminin təqdi...

Bugünki vəziyyətdə Azərbaycanın ərazi bütövlüyünün bərpası güclü vətəndaşlı...

2018-07-13 17:10:51

QHT və MEDİA
Cənub bölgəsində Prezidentin Fərmanına i...
Cənub bölgəsində Prezidentin Fərmanına i...

11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında ...

CƏMİYYƏT

2018-07-14 09:05:08

CƏMİYYƏT
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərl...

2018-07-13 14:30:58

CƏMİYYƏT
Rufiz Qonaqov: NATO Sammitinin yekun sən...
Rufiz Qonaqov: NATO Sammitinin yekun sən...

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imz...

İQTİSADİ

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...

2018-07-10 08:05:18

İQTİSADİ
Yüksək bal toplayanlara UNEC-də ikinci i...
Yüksək bal toplayanlara UNEC-də ikinci i...

2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr pr...