CƏMİYYƏT
A- A A+

İşğal altında qalan Muzeylərimiz

2018-05-15 09:45:21

Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur

Beynəlxalq Muzeylər Şurası —ICOM 1946-cı ildə Parisdə (Fransa) yaradılmış qeyri-hökumət beynəlxalq təşkilatdır. ICOM — dünya təbii və mədəni irsinin, maddi və qeyri-maddi irsin qorunması, inkişafı və cəmiyyətnən qarşılıqlı əlaqələri yaradılması ilə məşğul olan muzey və muzey mütəxəssislərinin beynəlxalq təşkilatıdır.

1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün Rusiyanın bütün muzeylərində "açıq qapı" elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər.

"Muzey" yunan sözü olub, "muzalar məbədi" deməkdir. Muzalar qədim yunan mifologiyasında incəsənət və elm ilahələri hesab olunurdular. Sonralar maddi və mənəvi mədəniyyət abidələrini komplektləşdirən, saxlayan, nümayiş etdirən, tədqiq və təbliğ edən elmi müəssisələr bu adla adlandırılmışdır. Dünyada ilk muzey Ellin dövründə qədim İsgəndəriyyə şəhərində yaradılmışdır. Burada 40.000-dən artıq eksponat saxlanılır. Dünyanın məhşur muzeyləri əsas etibari ilə Parisdə Luvr muzeyi (Fransa), Londonda Viktoriya və Böyük Britaniyada Albert muzeyi, İstanbulda Topqapı muzeyi (Türkiyə) və Sankt-Peterburqda Ermitajdır (Rusiya) sayılır.

Azərbaycanda ilk milli muzeyin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyi fəaliyyətə başladı. Muzeydə tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar - məişət əşyaları, silahlar və əlyazmalar toplanmışdı. Muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamenti Rəyasət Heyətinin hesabına idi. Aprel işğalından sonra "İstiqlal" muzeyinin eksponatları yeni təşkil olunmuş Azərbaycan dövlət muzeyinə verildi. Sonralar eksponatların bir hissəsi (o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, "İstiqlal Bəyannaməsi"nin əsli, Azərbaycan Parlamentinin materialları və s.) Moskvadakı İnqilab muzeyinə aparıldı.

Sovet hakimiyyəti Azərbaycanda muzey şəbəkəsi daha da genişlənmişdi: Nizami adına Ədəbiyyat muzeyi, L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyi, Azərbaycan Tarixi muzeyi, Xalq Maarifi muzeyi, bir çox rayon və şəhərlərdə tarix, diyarşünaslıq muzeyləri, elm və mədəniyyət xadimlərinin ev muzeyləri və s. bu qəbildəndir. İftixarla qeyd olunmalıdır ki, Azərbaycan Xalçası və Tətbiqi Sənət Dövlət Muzeyi dünyada yeganə belə muzeydir. Bu muzey həm də Azərbaycanda yeganə muzeydir ki, öz virtual muzeyi vardır.

Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Bunu Qobustanda, İstisuda (Kəlbəcər), İşıqlı dağının ətəklərində (Laçın), Bədii daş muzeyi (Zəngilan), Bədii daş muzeyi (Ağdərə) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər və daş fiqurlar sübut edir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki erməni işğalı altında olan yurd yerlərimizdə qalan muzeylərimizdən ermənilər 100 mindən çox milli mədəni irsimizə aid miraslarımızı (eksponatları) 1992/93-cü illərdə qarət edərək qənimət kimi Ermənistana apardılar. Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qalan Muzeylər, Dövlət Rəsm Qalareyaları və eksponattların sayları haqqında

M Ə L U M A T .

S№ Adı Eksponatların sayı Yeri

1 Tarix Diyarşunaslıq muzeyi 22591 Xankəndi şəhəri

2 Dövlət Rəsm Qalareyası 174 Xankəndi şəhəri

3 Şuşa tarix muzeyi 5000 Şuşa şəhəri

4 Ü.Hacıbəyovun ev muzeyi 300 Şuşa şəhəri

5 Bül-Bülün ev muzeyi 369 Şuşa şəhəri 6 Azərbaycan xalçası və xalq tətbiqi sənəti dövlət muzeyinin Şuşa filialı

163 Şuşa şəhəri 7 Qarabağ Dövlət Tarix Muzeyi 500 Şuşa şəhəri

8 Qarabağ Ədəbiyyat Muzeyi 10000 Şuşa şəhəri

9 Mir Möhsün Nəvvabın ev Muzeyi 100 Şuşa şəhəri

10 Dövlət Rəsm Qalareyası 90 Şuşa şəhəri

11 Tarix Diyarşunaslıq muzeyi 2000 Ağdam şəhəri

12 Çörək muzeyi 694 Ağdam şəhəri

13 Qurban Primovun xatirə muzeyi 700 Ağdam şəhəri

14 Rahib Məmmədov adına döyüş şöhrəti muzeyi 500 Ağdam şəhəri

15 Tarix Diyarşunaslıq muzeyi 2290 Ağdərə şəhəri\

16 Tarix Diyarşunaslıq muzeyi 5000 Füzuli şəhəri

17 Xalq Tətbiqi Sənəti Muzeyi 800 Füzuli şəhəri

18 Tarix Diyarşunaslıq muzeyi 3200 Hadrud şəhəri

19 Tarix Diyarşunaslıq muzeyi 3000 Qubadlı şəhəri

20 Dövlət Rəsm Qalareyası 62 Qubadlı şəhəri

21 Tarix Diyarşunaslıq muzeyi 5000 Laçın şəhər

22 Dövlət Rəsm Qalareyası 50 Laçın şəhəri

23 Sarı Aşığın xatirə muzeyi 500 Laçın rayonu Güləbird kəndi

24 Tarix Diyarşunaslıq muzeyi 32000 Kəlbəcər şəhəri

25 Tarix Diyarşunaslıq muzeyi 2000 Cəbrayıl şəhəri

26 Tarix Diyarşunaslıq muzeyi 6000 Zəngilan şəhəri

27 Daş muzey 50 Zəngilan şəhəri Cəmi: 103 133

Faiq İsmayılov AMEA İnsanHüquqları İnstitunun əməkdaşı


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 3447

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-20 07:40:21

CƏMİYYƏT
“Qarabağ dünən və bugün” mövzusunda müz...
“Qarabağ dünən və bugün” mövzusunda müz...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...