SİYASƏT
A- A A+

Əli Əhmədov: "Paşinyan münaqişənin ədalətli həllinin zəruriliyini dərk etmirsə, bu, onun faciəsinin başlanğıcıdır"

2018-05-14 09:30:18

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirib

Məlumata görə, Ə. Əhmədov deyib ki, N. Paşinyanın Azərbaycanla bağlı dedikləri nəinki rəsmi Bakı, dünya birliyi tərəfindən də pislənəcək.

Ə. Əhmədov bildirib ki, onsuz da Dağlıq Qarabağ münaqişəsinin mövcud olması Cənubi Qafqazda sülh və sabitliyə ciddi maneədir: “Paşinyanın reallığa uyğun olmayan, gərginliyin artmasına səbəb olacaq bəyanatlar verməsi Ermənistanın özünə ziyan vuracaq. Siz görürsünüz, həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri oldu. Azərbaycanda seçkilərdən sonrakı ab-hava ondan ibarətdir ki, insanlar işləyir, fəallıq göstərir, istirahət günündə ağac əkir, iqtidarla birlik və seçkilərin nəticələrinə inam nümayiş etdirirlər. Bu, Azərbaycanın reallığıdır. Bir də var Ermənistan reallığı - narazılıq, nigarançılıq, qarşıdurmalar və sair. Nə qədər ki Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək fikrindən uzaq olacaq, sərsəm bəyanatlar səsləndirəcək, bir o qədər də Ermənistanda vəziyyət gərgin olaraq qalacaq. Ermənistan dalana dirənmiş bir vəziyyətdədir, iqtisadi cəhətdən inkişaf etmək potensialı yoxdur. Münaqişənin nizama salınması daha çox Ermənistanın mənafeyinə uyğun gələrdi, onların vəziyyətinin düzəlməsinə səbəb ola bilərdi. Əgər bu gərginlikdən sonra hakimiyyətə gəlmiş qüvvə gərginliyin əsas səbəbi olan münaqişənin ədalətli şəkildə nizamlanmasının zəruriliyini dərk edə bilmirsə, hesab edirəm ki, bu, onun faciəsinin başlanğıcıdır. Əgər belə davam etsə, güman edirəm ki, çox yaxın zamanlarda xalq yenidən küçələrə axışıb hakimiyyətin dəyişdirilməsini tələb edəcək".

Qeyd edək ki, N. Paşinyan baş nazir seçildikdən sonra işğal olunmuş Azərbaycan ərazilərinə səfər edib. O, Dağlıq Qarabağ separatçılarının danışıqlarda tərəf kimi iştirakının zəruriliyini vurğulayıb. N. Paşinyan Dağlıq Qarabağın beynəlxalq aləm tərəfindən müstəqil dövlət kimi tanınması üçün səy göstərəcəyini də vurğulayıb. (apa)


Kateqoriya : SİYASƏT Baxış sayı : 1829

QHT və MEDİA

2019-01-20 11:55:08

QHT və MEDİA
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...
Mübariz Qurbanlı: 20 Yanvar xalqımızın y...

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ...

2019-01-18 16:05:33

QHT və MEDİA
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...
Səfir Əkrəm Zeynallı: Azərbaycan ŞƏT-in ...

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini dəstə...

CƏMİYYƏT

2019-01-18 22:05:32

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Bəstəkarlar İttifaqı Mehriban Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında...

2019-01-17 13:20:07

CƏMİYYƏT
“Times of San Diego” qəzeti Cocuq Mərca...
“Times of San Diego” qəzeti Cocuq Mərca...

Müəllif Bakıda keçirilmiş 6-cı Beynəlxalq Humanitar Forumla bağlı təəssüratla...

İQTİSADİ

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...