CƏMİYYƏT
A- A A+

Uğurlu kadr seçimi effektli nəticələr verir

2018-05-14 08:55:50

Fərəh xanımın etimadı doğruldacağına əminəm!

Bağban əkib-becərdiyi bağın meyvələrilə öyündüyü kimi, valideynlər övladlarının, pedaqoqlar isə şagirdlərinin uğurlarını gördükcə sevinir. Belə valideynlərdən də biri Respublikamızın tanınmış ziyalılarından olan tanınmış jurnalist, Əməkdar Mədəniyyət işçisi, Professor Şirməmməd Hüseynovdur. Bu günlərdə 100-cü ildönümü qeyd ediləcək Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) araşdırıcılarından da biri məhz Şirməmməd müəllimdir. O, Azərbaycanın əksər görkəmli ziyalılarına, o cümlədən də mənə dərs deyib.Mən vaxtilə Şirməmməd müəllimlə birgə Azərbaycanın Xalq şairi, mərhum Bəxtiyar Vahabzadənin Şəkidəki evində, sonuncunun doğum günündə də iştirak etmişəm. 2 gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən Fərəh Şirməmməd qızı Əliyeva Prezident Administrasiyası Humanitar Siyasət Məsələləri şöbəsinə müdir təyin edildi.

Etiraf edim ki, son 1 ay ərzində Dövlət Başçısının Sərəncamına əsasən bir neçə şəxsin mühüm vəzifələrə təyin edilməsinə böyük ümid bəsləmişəm: Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov, Azərbaycan Respublikası Diasporla iş Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayev...

Bu təyinatların sırasına hörmətli Fərəh Əliyevanın da adını qeyd edirəm.Əminəm ki, sadə və səmimi bir ailənin yetirməsi olan Fərəh xanım, ona göstərilən etimadı layiqincə doğruldacaqdır.

Xatırladıram ki, Xanım Fərəh Əliyeva bu təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışıb.

Şamil Sabiroğlu


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1982

QHT və MEDİA

2019-06-20 07:30:53

QHT və MEDİA
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...