MÜSAHİBƏ
A- A A+

Bilal Dündar: Azərbaycanın mənafeyini qorunmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm

2018-05-13 22:05:20

.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının gördüyü işlər bir vətən borcudur. Mən Azərbaycan əsilli bir Türkiyə vətəndaşı olaraq bundan sonra da Azərbaycanın mənafeyinin qorunması və dünyada tanıdılması üçün xidmətlərimi əsirgəməyəcəyəm. Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib. Federasiya sədri qeyd edib ki, 2000-ci ilin əvvəlindən rəhbərlik etdiyi qurum Azərbaycanla bağlı çoxsaylı tədbirlər həyata keçirib. 2010-cu ildə Kocaeli şəhərinin Qartəpə rayonunda ümummilli lider Heydər Əliyevin adına istirahət park salınıb, 2011-ci ildə həmin şəhərin Dərincə rayonunda dəniz kənarında Ulu Öndərin adını daşıyan mədəniyyət parkı açılıb. Həmin parklar Federasiyanın təşəbbüsü ilə yerli bələdiyyələr tərəfindən yaradılıb.

2012-ci ildə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ümummilli lider Heydər Əliyev adına mədəniyyət evi və kitabxana istifadəyə verib. Eyni zamanda, mədəniyyət evinin nəzdində soyqırımı muzeyi də fəaliyyət göstərir. Türkiyə miqyasında ilk soyqırımı muzeyini indiyədək 200 mindən çox insan ziyarət edib. Muzeydə ermənilərin türk xalqına qarşı törətdikləri soyqırımına dair sənədlər və faktlar yer alır. Türkiyə vətəndaşları ilk dəfə Xocalı soyqırımı ilə bağlı məlumatları bu muzey vasitəsi ilə əldə ediblər. Bununla yanaşı, yerli və xarici televiziya kanalları muzeydən reportajlar hazırlayıb.

Federasiyanın gördüyü digər işlər barədə məlumat verən Bilal Dündar əlavə edib ki, 2015-ci ildə rəhbərlik etdiyi qurumla İzmit bələdiyyəsinin ortaq layihəsi əsasında şəhərin mərkəzində Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidə ucaldılıb. Həmçinin Kocaeli şəhərinin Körfəz rayonunda, Sakarya şəhərinin Karasu rayonunda Xocalı abidələri qoyulub və Qarabağ prospektinin açılışı olub.

Bilal Dündarın sözlərinə görə, Federasiya sosial layihələr də reallaşdırır. Belə ki, Azərbaycandan Türkiyəyə müalicə üçün gələn xəstələr Federasiya tərəfindən qarşılanıb klinikda yerləşdirilir. Habelə Kocaeli və Sakarya universitetlərində təhsil alan 55 tələbə üçün müxtəlif şirkətlər tərəfindən təqaüdlər verilməsi təşkil olunub. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər nəzərdə tutub. Türkiyədən 30 şəhid və müharibə veteranı ailələrinin uşaqları Azərbaycana, buradan da eyni kateqoriyaya aid yeniyetmələr Türkiyəyə aparılacaq. Həmçinin Orta Doğu, Kocaeli və Sakarya universitetlərində geniş elmi konfranslar keçiriləcək.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 2575

QHT və MEDİA

2020-08-15 08:25:32

QHT və MEDİA
Qədim tarixin 90 ili
Qədim tarixin 90 ili

1930-cu ilin səkkiz avqust tarixi Ağdam rayonu üçün əlamətdar bir gün hesab o...

2020-08-14 06:50:18

QHT və MEDİA
Şura və Agentlik qalib QHT-lərlə onlayn ...
Şura və Agentlik qalib QHT-lərlə onlayn ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-08-14 13:20:14

CƏMİYYƏT
Azərbaycan-Türkiyə həmrəyliyi regional t...
Azərbaycan-Türkiyə həmrəyliyi regional t...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-12 08:35:12

İQTİSADİ
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...

Məlumat üçün bildirək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku ...

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...