MƏDƏNİ
A- A A+

Qarabağ atları Böyük Britaniyada təşkil olunan tədbirdə nümayiş etdirilib

2018-05-13 21:05:59

Dövlət Sərhəd Xidmətinin “Süvarilər” atlılar dəstəsinin təqdimatında Qarabağ atları “Royal Windsor Horse Show” adlı tədbirdə nümayiş etdirilib

APA-nın London müxbirinin verdiyi xəbərə görə, şou proqram Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil olunub.

Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan tədbirdə “Land of Fire - Azerbaijan” adı ilə təqdim olunan xüsusi proqram da yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun müşaiyəti altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində möhtəşəm igidlik hərəkətləri icra edən Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən qrup və iki gənc rəssam iştirak ediblər. Tədbiri izləyənlər arasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də olub. Daha sonra Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşüb və tuncdan hazırlanmış Qarabağ atı heykəlini Azərbaycan nümayəndə heyəti adından rəsmi hədiyyə olaraq təqdim edib.

Qeyd edək ki, “Royal Windsor Horse Show” atçılıq tədbiri bu il 75 illik yubileyini qeyd edir. Kraliçaya aid “Windsor” qəsri 1956-cı ildə ilk dəfə Qarabağ atı – “Zaman” ilə tanış olub. Həmin il məhz II Elizabetə hədiyyə olunan Qarabağ atı Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 2321

QHT və MEDİA

2020-04-04 14:30:11

QHT və MEDİA
Politoloq: Dövlətimizin başçısının apard...
Politoloq: Dövlətimizin başçısının apard...

Dünyada yenidən bir kabus dolaşmaqdadır. Artıq 3 aydır ki, bu qlobal təhdid m...

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...