TƏDQİQATLAR
A- A A+

"Erməni inqilabı": mif və reallıq

2018-05-12 10:50:44

Hazırda Ermənistanda baş verən siyasi hadisələrə iki səviyyədə baxmaq olar. Birincisi, vassal, forpost dövlətin daxili sosial, siyasi və iqtisadi reallıqları aspektində. İkincisi, regional və qlobal geosiyasi proseslərin dinamikası kontekstində. Bu iki baxışı vahid məntiqi düzənə gətirmək mümkün olsa, onda Cənubi Qafqazın bu qondarma dövlətində nələrin baş verdiyinin həqiqi üzünü görə bilərik

Hətta qısa təhlil göstərir ki, erməni siyasi şüurunda heç bir dəyişiklik yoxdur. Demokratiyadan isə söhbət gedə bilməz. Çünki iqtisadiyyatı, siyasəti və təfəkkürü kölə vəziyyətində olan cəmiyyətin demokratikləşməsi imkansızdır. Erməni şüuru isə əsrlərdir ki, kənar ssenarilər üzrə siyasiləşib. Bu səbəbdən Paşinyan da erməni ssenarisi deyil. Ermənistana ağalıq edənlərin yeni bir oyunudur. Bunun üzərində bir qədər geniş dayanmaq istərdik.

Küçə məntiqinin idarəetməyə gətirilməsi: erməni demokratiyasının real siması

Ermənistan virtual və siyasi konyunktura olaraq uğurla keçən əsrin 90-cı illərinin əvvəllərinə yuvarlana bildi. Küçə zorakılığını "rəngli inqilab" kimi qələmə verməyə çalışan erməni "mütəxəssislər" və onların ağaları, əslində, növbəti dəfə erməni xalqını quyunun dibinə çəkirlər. Nikol Paşinyan adlı dissidentin "qəhrəmanlıq dastanı" kimi görünən kütlə üsyanının arxasında hansı məqamlar ola bilərdi?

Sualı ona görə bu formada qoya bilirik ki, Ermənistanda innovasion hərəkatı meydana çıxara biləcək heç bir siyasi, sosial, mədəni və geosiyasi şərait yoxdur. N.Paşinyan tamamilə süni bir faktordur və onu ortaya atanların əsl planları bir qədər sonra hətta ermənilərə belə aydın olacaq. Əslində, onun bir sıra əlamətləri elə indidən sezilir. Bu barədə Ermənistanda bir sıra KİV orqanları ehtiyatlı da olsa, yazılar dərc etməyə başlayıblar. Sualı əsasən "inqilabdan sonra Paşinyanın demokrat kimi fəaliyyət göstərməsi potensialı mövcuddurmu?" çərçivəsində qoyurlar. Cavab isə eynidir: bu potensial Paşinyan baş nazir kreslosuna əyləşəndən tükənib!

Hadisələrin daxili məntiqi və görüntü xronologiyasına kənar müşahidəçi mövqeyindən nəzər salaq. Öncə, innovasiya gətirə biləcək bir hərəkatın başında əvvəllər tanınmayan birisinin necə dayandığı maraqlıdır. Levon Ter-Petrosyan təcrübəli siyasətçi və Ermənistan miqyasında demokratik düşüncəli dövlət xadimidir, ancaq onun bu hərəkatda rolu yoxdur. N.Paşinyan isə həbsdə olmuş və müəmmalı şəkildə vaxtından xeyli əvvəl azadlığa buraxılmış, natamam ali təhsilli küçə üsyançısı! Ermənistanda korrupsiyaya qarşı təsirli mübarizə aparıb, ölkəni demokratikləşdirəcək adam budurmu?

N.Paşinyan küçədə olanda üzərinə düşən funksiyanı yerinə yetirə bilərdi. O, təzyiq etdi, Serj Sarkisyan istefa verdi. Sonra yenə təzyiqlə baş nazirlik üçün səs aldı. Bu siyasəti davam etdirərək, İrəvanın merini təzyiqlə dəyişdi. Ancaq sonuncu halda daha az insan kütlə liderinə arxa durdu. Deməli, sadə insanlar artıq düşünürlər ki, əgər hər şey seçki və institusional qurumların fəaliyyəti ilə deyil, küçədən olan təzyiqlərlə baş verəcəksə, bunun adı nədir? N.Paşinyan isə demokratik üsulla nəyisə yeniləməyin heç bir demokratik mexanizmini təklif edə bilmir. Bu sahədə o, keçən əsrin 90-cı illərinin əvvəllərindəki erməni siyasi şovinizmi, ultramillətçiliyi və antisivilliyindən bir addım belə irəli gedə bilməyib. Deməli, Ermənistan adlanan vassal dövlətin başı keçmişdə qalan və bədəni epileptik titrəyişlər edən orqanizmdir. Yeni baş nazir ilk "səfəri"ni Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə edir və orada məntiqsiz mövqe ortaya qoyur. Deyir ki, ərazidən danışmayın, Azərbaycan Aprel döyüşlərində göstərdi ki, təcavüzkardır. Baxın, baş nazir olan biri çox ciddi beynəlxalq təsiri olan münaqişə barədə necə sadəlövh, küçə məntiqi və əxlaqsızca danışır. Münaqişə ilə əlaqəli BMT, Avropa Şurası, AŞPA, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri inkar edir və özünü psixopat varlıq kimi aparır. Bu adam hansı cəmiyyətdə hansı yenilikləri edə bilər? O da özündən əvvəlki erməni liderlər kimi Dağlıq Qarabağda tökdükləri günahsız insanların qanında boğulmağa məhkumdur. Ermənistanda münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində həll etməyin zəruriliyini dərk edən adam (əgər o, ümumiyyətlə, varsa) hakimiyyətə gəlməyənə qədər, bu ölkədə normal vəziyyət mövcud olmayacaq. Yəni N.Paşinyan da Ermənistanı təcrid mövqeyindən çıxara bilməyəcək.

Qapalı dairə: Paşinyana manevr məhdudiyyəti qoyanlar

Əksinə, siyasi proqnozlar başqa məqamlardan xəbər verir. Belə təəssürat yaranır ki, Ermənistanın havadarları qəsdən Nikol Paşinyana yol açdılar ki, siyasi populizmin gətirə biləcəyi faciələri əyani anlatsınlar. İndi N.Paşinyan deyir ki, korrupsiyaya qarşı ciddi mübarizə aparacaq, o cümlədən "Qazprom", "Rosneft" və başqa şirkətlərin Ermənistandakı monopoliyasına son qoyacaq. Bunlarla yanaşı, Qərbin böyük şirkətlərini də ölkəyə gətirəcək. Buna Moskvadan dərhal reaksiya verildi. "Qazprom"un vitse-prezidenti ifadə etdi ki, "ermənilər cəhənnəm olub getsinlər, onlar bizdən başqa kimlərə lazımdırlar ki?" Aydındır ki, Rusiya şirkətinin rəhbərlərindən birinin bu cür danışması onu göstərir ki, Kreml Ermənistanı müstəqil dövlət kimi qəbul etmir, ona özünün əyalətlərindən biri kimi baxır. Hətta ən hörmətsiz əyalət kimi yanaşır. Bu birinci dəfə deyil ki, Rusiyanın yüksəkvəzifəli adamları erməniləri aşağılayan fikirlər söyləyirlər. Deməli, Ermənistanda Rusiyanın icazəsi olmadan bir quş belə uça bilməz. Bu baxımdan N.Paşinyan bir heçdir – Kreml onu milçək kimi əzər. Digər tərəfdən, Rusiyadan açıq mesaj verilir – İrəvan Moskvanın qəbul etmədiyi bir addım belə ata bilməz. Həmin bağlılıqda N.Paşinyan Gürcüstanla münasibətlərin strateji məzmununu dəyişə bilməz. Baxmayaraq ki, Gürcüstanı o, çox vacib qonşu dövlət adlandırıb, yaxınlıqdan dəm vurub. Bu məsələ İrəvanla Tbilisinin iradəsini aşır. Qərbin Ermənistan naminə Rusiya ilə böyük toqquşmalara gedəcəyini düşünmək isə çox əsassız bir hal olardı. Çünki 2008-ci ildə rus tankları Gürcüstanı əzib keçəndə belə Vaşinqton, London, Paris və Brüssel heç nə edə bilmədilər. Qərb analitikləri açıq yazırlar ki, Gürcüstana görə Rusiya ilə ciddi qarşıdurmaya gedilməyəcək. Belə çıxır ki, Ermənistanla bağlı da Qərb Rusiya ilə münasibətlərdə radikal dəyişiklikləri göz önünə ala bilməz. Cənubi Qafqaz bir yana, heç Yaxın Şərqdə bunu edə bilmirlər. Bunlar onu göstərir ki, N.Paşinyan istəsə belə Moskvanın çəkdiyi xətdən kənara addım ata bilməz. Əgər cəhd etsə, onda cəzasını alacaq. Bunlar onu göstərir ki, Ermənistandakı "inqilab", birincisi, saxtadır. Orada real olaraq heç bir hərəkat yoxdur. Bir sıra dairələr S.Sarkisyanı ondan ağıllı olmayan başqası ilə əvəzlədilər.

İkincisi, Ermənistanda böyük mənada sosial, siyasi, mədəni və iqtisadi islahatlar baş tutmayacaq. Bunun yeganə yolu Azərbaycana qarşı olan təcavüzdən imtina etməkdən və işğal altındakı ərazilərdən qeyd-şərtsiz çıxmaqdan ibarətdir.

Üçüncüsü, Ermənistanın daxili siyasi vəziyyəti antidemokratik elementlərlə zəngindir. Əgər N.Paşinyan demokratik seçki təşkil etmək əvəzinə öz mövqeyini möhkəmlətmək xəttini seçsə (hələlik məhz bu tendensiya üstünlük təşkil edir), Ermənistan yaxın zamanlarda növbəti silkələnməyə məruz qalacaq. Ekspertlər hesab edirlər ki, N.Paşinyan "islahatlara" polis və təhlükəsizlik xidmətindən başlayırsa, deməli, özünə uyğun olmayan kəsimləri korrupsiya ilə mübarizə adı altında zərərsizləşdirmək kursunu seçib. Ölkədə sosial-iqtisadi vəziyyət çox ağırdır, ancaq N.Paşinyan güc strukturlarını möhkəmlədir.

Məsələ belədir ki, korrupsiya ilə real mübarizə bu mənfi halı doğuran idarəetmə fəlsəfəsini yeniləmək əsasında aparılmalıdır. Kimlərisə tutub həbsə atmaqla yalnız daxili vəziyyəti gərginləşdirməyə nail olmaq mümkündür. Bir zamanlar Mixeil Saakaşvilinin həbslərinə "ura" deyənlər indi başqa məqamlardan bəhs edirlər. Hətta M.Saakaşvilini qanunu pozmaqda, cəmiyyəti parçalamaqda ittiham edirlər. Eyni aqibət N.Paşinyanı da gözləyirmi? Deməli, real islahatların demokratik qaydada aparılması tamamilə fərqli yanaşma tələb edir. Buna isə N.Paşinyanın siyasi iradəsi, nəzəri və praktiki hazırlığı qətiyyən cavab vermir. Baxın, o, siyasi demokratiyanı ifadə edən hansı ideyanı irəli sürüb? Hələlik yıxıb-dağıtmaqdan başqa heç nəyi nəzərdə tutmayan cümlələrdən, tələblərdən, absurd vədlərdən başqa heç bir fikir söyləməyib, yaxud təklif irəli sürə bilməyib. Onun haqqında yüksək pafosla deyilən sözlərə fikir vermək ağılsızlıq olardı, hansısa erməni "ekspert"in bütövlükdə Avrasiyada islahatların erməni variantından bəhs etməsi öz eqoizminə vurğunluqdan başqa bir şey deyildir.

Bunlardan bir məntiqi nəticə hasil etmək olar: Nikol Paşinyan real siyasi hərəkat deyil, növbəti ideoloji mirajdır. Bunun həm erməni xalqı, həm də region üçün hansı geosiyasi nəticələr verəcəyini isə zaman göstərəcək. Biz, bu məsələdə optimist deyilik. Newtimes.az


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1733

QHT və MEDİA

2018-07-18 08:25:25

QHT və MEDİA
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...

Soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələ...

2018-07-17 09:25:06

QHT və MEDİA
Fransanın “Lettre Diplomatique” jurnalın...
Fransanın “Lettre Diplomatique” jurnalın...

Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr o...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...