2015-07-08 09:35:48 | MƏDƏNİYYƏT
"Xankəndi”nin təqdimatı oldu

Beynəlxalq Mətbuat Mərkəzində “Xankəndi” sənədli filminin təqdimatını keçirilib

Filmdə əzəli Azərbaycan ərazisi olan Dağlıq Qarabağımızın mərkəzi Xankəndinin dünənini və bugününü özündə əks etdirən, müxtəlif zaman kəsiklərində burada gedən proseslərdən, iri bir sənaye şəhərinə çevrilməsindən, erməni separatçılarının ilk hücumlarından və orada yaşayan azərbaycanlıların deportasiyaya məruz qalmasından bəhs edilir.

Filmin birinci hissəsində Qarabağ xanı İbrahim Xəlil xanın dövründə Xankəndinin formalaşması prosesi arxiv sənədləri əsasında təsvir edilir.

Daha sonralar Mehdiqulu xanın dövründə Qarabağ xanlığının ləvğ olunması, Qarabağın və Azərbaycana məxsus digər ərazilərin, o cümlədən Xankəndinin süni şəkildə erməniləşdirilməsinə başlanılması ön plana çəkilir. Filmin ikinci hissəsində Xankəndi şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal olunması prosesi, bu günə qədər Xankəndi şəhərində süni şəkildə erməniləşdirilməsi prosesinin davam etdirilməsi vurğulanır. Bundan başqa ölkə rəhbərliyinin Xankəndindən olan məcburi köçkünlərə diqqət və qayğısı, həmçinin Xankəndi şəhərinin hazırki əhalisi barədə statistik məlumatlar filmdə öz əksini tapıb.
Təqdimat mərasimində millət vəkilləri Flora Qasımova, Qənirə Paşayeva, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələri, QHT sədrləri, KİV nümayəndələri, Xankəndi sakinləri iştirak edib. 
Qeyd edək ki, film “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə çəkilib. 

 

Baxış sayı : 1888
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib