SOSİAL
A- A A+

Pirallahıda fləşmob təşkil olundu

2018-05-10 22:05:49

.

2018-ci ilə uğurla başlayan Pirallahı rayonunun zəhmətkeşləri aprel ayının əvvəlindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start vermişlər. Rayonda müxtəlif idman növləri üzrə turnirlər keçirilmiş, orta məktəblərdə inşa yazı, rəsm, şeir, mahnı müsabiqələri, Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, hər həftənin şənbə günləri iməciliklər təşkil edilərək yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, yüzlərlə ağac, təbii güllər əkilmişdir.

Keçirilən tədbirlərdə müstəqilliyə gedən yolumuzu işıqlandıran, həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən ən düzgün çıxış yolu tapan, daim xalqı ilə yaşayan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin beynəlxalq aləmdə və müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verildi. Bildirildi ki, Müasir Azərbaycanın inkişaf və tərəqqisi bilavasitə Ulu Öndərimizin adı ilə bağlıdır. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanın həyatında yeni mərhələ başladı. 42 il öncə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələr üzrə ciddi inkişaf baş verdi.

Sovetlər dönəmində Azərbaycanda nə qədər möhtəşəm işlərin həyata keçirildiyi hamıya məlumdur. Müstəqillik dövründə isə Ulu Öndər hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaqdan xilas etdi. Azərbaycanın güclənən mövqeləri, iqtisadiyyatının inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən, Prezident İlham Əliyevin prinsipial məsələlərdə siyasi iradə nümayiş etdirməsi, xalq-iqtidar birliyi o deməkdir ki, ulu öndər Heydər Əliyevin sosial-iqtisadi və siyasi inkişaf konsepsiyası məhz o dahi şəxsiyyətin arzuladığı kimi uğurla davam etdirilməkdədir.

Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən sosial-iqtisadi strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək, ölkə başçısının ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşmaqdadır. Bu uğurlu inkişaf xətti Pirallahı rayonunun da ildən-ilə çiçəklənməsinə, əhalisinin maddi-rifah halının get-gedə daha da yüksəlməsinə xidmət edir. Keçirilən tədbirlərin yekunu kimi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə flaşmob hazırlanmışdır. "Gənclik onun İmzasıdır" adlı layihə çərçivəsində 200 nəfərdən çox gəncin iştirakı ilə Ulu öndər Heydər Əliyevin canlı imzası yaradılıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 823

QHT və MEDİA

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...