SİYASƏT
A- A A+

ATƏT PA-da azərbaycanlı deputatın müəllifliyilə qətnamə qəbul edildi

2015-07-08 09:10:12

Finlandiyanın paytaxtı Helsinkidə ATƏT PA-nın 24-cü illik yay sessiyasında ATƏT PA-nın Siyasi Məsələr və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevin müəllifi olduğu “ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə bağlılıq” adlı qətnamə qəbul olunub

19 maddədən ibarət olan qətnamədə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahatlıq və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusuilədə həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanır.

 Qətnamənin maddələrində münaqişә tәrәflәrinin BMT Tәhlükәsizlik Şurasının müvafiq qәtnamәlәrinin yerinә yetirmәlәrinin zəruriliyi, Azәrbaycan, Gürcüstan, Moldova vә Ukraynada münaqişәlәr nәticәsindә mәcburi köçkün düşmüş әhalinin evlәrinә qeyd-şərtsiz qaytarılmaları qeyd edilir.

 Qətnamədə beynəlxalq humanitar hüququn və insan haqlarının ciddi şəkildə pozulmalarına qəti etiraz edilərək, dövlətlərin cəzasızlığına son qoyulması və bu pozuntuların qarşısının alınması, bu cür halların təkrar baş verməsindən yayınmaq və davamlı sülh, ədalət və barışın əldə edilməsi üçün müharibə cinayətləri, soyqırım, insanlıq əleyhinə olan cinayətlər törədən şəxslərin müəyyən edilərək mühakimə olunmaları tələbi irəli sürülür.

Həmçinin qətnamədə hәr bir dövlәtin sәrhәdlәrinin, әrazi bütövlüyünün toxunulmazlığı vә әrazilәrin güc yolu ilә qәsb olunmasının qәbuledilmәzliyi bildirilir.

A.Quliyevin müəllifi olduğu qətnamənin ən əhəmiyyətli maddələrindən biri də odur ki, sənəddə xalqların öz müqəddəratının təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir.

ATƏT Parlament Assamblyeası bu qətnaməni qəbul etməklə ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını açıq və bir mənalı olaraq müdafiə etmiş oldu. Qətnamənin Helsinki Yekun Aktının qəbul olunmasının 40 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu ATƏT PA-nın Helsinkidəki illik sessiyasında qəbul edilməsi bu sənədin siyasi önəmini daha da artırır.

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1165

QHT və MEDİA

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...