CƏMİYYƏT
A- A A+

“Münaqişələr ölkələrin müstəqil inkişafının qarşısını almaq üçün yaradılıb”

2018-05-08 07:15:20

“Azərbaycan Dövlət Neft Şirkəti və xarici şirkətlər arasında imzalanan müqavilələr Milli Məclisdə qanun səviyyəsində qəbul edildi”

Bu sözləri Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında iqtisadi əməkdaşlıq və enerji məsələləri mövzusunda çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib. O bildirib ki, Azərbaycan birinci müqaviləni – “Əsrin müqaviləsi”ni imzalayan zaman neft və qazın xarici bazarlara çıxarılması üçün kəmərlər yox idi: “Bu sahədə imzalanan sənədlər də qanun qüvvəsindədir. Nəticədə Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilib. Bu gün isə Cənub Qaz Dəhlizi layihəsi həyata keçirilir.

Bir məqamı da qeyd edim. Mənim rəhbərlik etdiyim işçi qrup Ələt limanı yaxınlığındakı Ələt Azad Ticarət Zonası ilə bağlı bir qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi Milli Məclisdə iki oxunuşdan keçib, mayın 18-də isə üçüncü oxunuşdan keçəcək. Azad Ticarət Zonası bu qanun əsasında fəaliyyət göstərəcək. Bu zonada arbitraj qurumları fəaliyyət göstərəcək və bu arbitraj qurumlarında qəbul edilən qərarlar təkrar Azərbaycan məhkəmələrində müzakirə oluna bilməz. Bu qərar həmin azad zonanın səlahiyyətli orqanı tərəfindən icra olunmalıdır”.

V. Ələsgərov qeyd edib ki, Gürcüstanda Bakı-Supsa kəmərindən 1,5 km kənarda, Cənubi Osetiya adlanan ərazidə yurisdiksiyası məlum olmayan silahlı birləşmələr yerləşib: “Ermənistanda da dövri olaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlada biləcəkləri barədə bəyanatlar səslənir. Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və digər problemlər ölkələrin müstəqil iqtisadi inkişafının qarşısını almaq üçün yaradılıb. Bu, sərmayəçilər üçün böyük risklərdir. Biz bu münaqişələri həll etməli və bu təhlükələri açıq-aydın görməliyik”. (apa)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 2571

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...