İQTİSADİ
A- A A+

"İşğal altındakı ərazilərdən təbii sərvətlər Aİ ölkələrinin bazarlarına çıxarılır"

2018-05-07 22:20:23

“Cənubi Qafqaz Qaz Dəhlizinin genişləndirilməsi, Avropa və Asiyanı birləşdirən Şərq-Qərb, Şimal-Cənub Nəqliyyat Dəhlizləri ilə bağlı müvafiq işlərə rəvac vermişik”

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. M. Məmmədquliyev Bakı-Tbilisi-Qars dəmir yolundan da danışıb: “Ələt limanının istifadəyə verilməsi Azərbaycanı nəqliyyat qovşağına çevirir". Readmissiya sazişinin imzalanmasının da önəmli məsələ olduğunu qeyd edən nazir müavini bildirib ki, bunun vətəndaşlarımıza faydaları olacaq. Onun sözlərinə görə, 2020-ci ilə - Brüssel sammitinə qədər Avropa İttifaqı və Azərbaycan arasında razılaşma əldə edilə bilər: “Azərbaycanın işğal altında qalan torpaqları ilə bağlı məsələ həll olunmalıdır. İşğal altındakı ərazilərdən təbii sərvətlər, mal və xidmətlər Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılır. Avropa İttifaqı beynəlxalq öhdəliklərə əsasən müvafiq qaydaların pozulmasına yol verməməlidir. Fərdi və hüquqi şəxslər tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına şərait yaradılmamalıdır. Avropa İttifaqından olan şirkətlər, onların filialları və törəmə şirkətləri Dağlıq Qarabağ və ətraf ərazilərdə fəaliyyət göstərir. Onlar Azərbaycan qanunvericiliyini pozmuş sayılırlar. Mənşə ölkə kimi həmin mallarda Ermənistan göstərilir. Halbuki mineral sərvətlərdən və təbii ehtiyatlardan danışırıqsa, Ermənistan bu sərvətləri istismar edərək Avropa İttifaqına satır. Təklif edirik ki, İşçi Qrup yaradılsın və bu məsələlər hüquqi müstəvidə həllini tapsın". M. Məmmədquliyev Aİ və Azərbaycan arasında əməkdaşlığın inkişaf edəcəyini də vurğulayıb.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 210

QHT və MEDİA

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...