TƏDQİQATLAR
A- A A+

İrandan Ermənistana görə həyəcan təbili

2015-07-07 09:35:06

“Qonşu ölkənin hərəkəti xalqımızın narahatlığına səbəb olub və bu qəbulolunmazdır"

Ermənistanın "Metsamor" atom elektrik stansiyası (AES) və alüminium zavodunun tullantılarının Araz çayına axıdılması bu çay və çay ətrafında yaşayan insanların həyatı üçün təhlükə yaradır. Bunu açıqlamasında İran parlamentinin Ətraf mühitin qorunması fraksiyasının sözçüsü Kəmaləddin Pirmüəzzin deyib.
K.Pirmüəzzin bildirib ki, Ermənistan tərəfindən Araz çayına tullantıların axıdılması Ərdəbil əyalətinin Muğan bölgəsində hər il minlərlə insanın xərçəng xəstəliyinə tutulmasına, həyatlarını itirməsinə və digər problemlərə səbəb olur.
Parlament nümayəndəsi İran hökumətindən tez bir zamanda Ermənistanla bu məsələnin həlli üçün danışıqlara başlamağı istəyib: “Qonşu ölkənin hərəkəti xalqımızın narahatlığına səbəb olub və bu qəbulolunmazdır. İran və Ermənistan Araz çayının xilası və ətraf mühitin qorunması üçün əlverişli yol tapmalıdırlar”.
K.Pirmüəzzin bu problemin həm də Azərbaycan ərazisində əhali və ətraf mühit üçün problem yaratdığını vurğulayıb və problemin həlli məqsədilə Araz çayının keçdiyi ölkələrin - Azərbaycan, Ermənistan və İranın iştirakı ilə müştərək konsorsiumun yaradılmasını və həmin konsorsium çərçivəsində problemin həlll edilməsini təklif edib.
Qeyd edək ki, Azərbaycan uzun illərdir nüvə tullantılarının yaratdığı təhlükə ilə üz-üzədir. Ermənistanın nüvə tullantılarını işğal etdiyi Azərbaycan torpaqlarında basdırması, “Metsamor” AES-in radiasiya tullantılarını Araz çayı vasitəsilə Xəzər dənizinə axıtması inkaredilməz faktlarla təsdiqini tapıb.
Xatırladaq ki, "Metsamor" AES 1970-ci ildə tikilib. Mütəxəssislərin fikrincə, AES regiondakı seysmik aktivlik səbəbindən təhlükə daşıyır.

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1784

QHT və MEDİA

2020-02-22 09:50:08

QHT və MEDİA
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...
Serbiyada Xocalı qurbanlarının xatirəsi ...

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqə...

2020-02-21 08:55:02

QHT və MEDİA
Harvard Universitetinin saytında Ermənis...
Harvard Universitetinin saytında Ermənis...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...