SOSİAL
A- A A+

Rusiyalı teleaparıcı: "Ermənistan tarixən Rusiya üçün yük olub"

2018-05-07 07:55:07

"Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yükdür. Bu yük ən əvvəldən olub"

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri "Komsomolskaya Pravda" radiostansiyasının efirində tanınmış rusiyalı telejurnalist, "Rosneft" şirkətinin vitse-prezidenti və mətbuat katibi Mixail Leontyev bildirib.

"Gəlin tam açıq danışaq. Ermənistan tarixən, siyasi, fiziki və material olaraq Rusiya üçün yük olub. Əgər Ermənistan belə edirsə, onda sərt olmaq lazımdır. Biz qanımızla, həyatımızla, qoşunumuzla, qazımızla, pulumuzla bu xalqı xilas etmişik. Əgər onlar bizdən ayrılmaq istəyirlərsə, onda biz hər şeyə son qoymalıyıq. Onlar bu gün son bəyanatına kimi siyasi karyerasında Rusiyanın əleyhinə olan bir adam üçün mitinq keçirirlər. Qeyd edim ki, onun son bəyanatı (Nikol Paşinyan-red) tamamilə əvvəl dediklərinə ziddir. Əgər onlar uzaqlaşmaq istəyirlərsə, onda buyursunlar və qardaş xalq olan Azərbaycan xalqı ilə münasibətlərimizi korlamağa son qoysunlar",-deyə M. Leontyev vurğulayıb.

O, Ermənistanın Rusiyadan başqa heç kimə lazım olmadığını söyləyib: "Siz, bizdən, Rusiyadan başqa heç kimə lazım deyilsiz. Erməni xalqı istisnasız olaraq bizim sayəmizdə bu gün mövcuddur. Bu xalqın bizi şantaj etmək haqqı yoxdur. Əgər kimsə balaca ağzını açıb belə bir şey söyləyəcəksə, onda o, bu faktı başa düşməlidir ki, Rusiya olmasaydı, fiziki cəhətdən nə Ermənistan olardı, nə də bir erməni. Təbiətdə erməni ola bilməzdi".


Kateqoriya : SOSİAL Baxış sayı : 2033

QHT və MEDİA

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

2018-10-18 21:20:32

QHT və MEDİA
QHT-nin hesabat xarakterli yekun tədbir...
QHT-nin hesabat xarakterli yekun tədbir...

Fact-info.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Demokratik Cə...

CƏMİYYƏT

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

2018-10-19 00:30:28

CƏMİYYƏT
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...

Fact-info.az-a daxil olan məlumata görə, toplantıda Şuranın 10 illik fəaliy...

İQTİSADİ

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...