MÜSAHİBƏ
A- A A+

Gürcü politoloq: Ermənistan işğalçılıq siyasətindən və terroru dəstəkləməkdən əl çəkməlidir

2018-05-05 11:10:40

Ermənistan hakimiyyəti xarici qüvvələrin təsiri altından çıxmalı, xalqı müstəmləkəçilikdən azad etməli, ölkədə demokratik, müstəqil dövlət qurulmalıdır. Bunlar olarsa, Cənubi Qafqaz dünyanın ən sabit, çiçəklənən və inkişaf etmiş bölgəsinə çevriləcək

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri gürcü politoloqlar Ermənistanda yaranmış son vəziyyəti şərh edərkən söyləyiblər. “Art Qalleri” televiziyasının direktoru, politoloq Tengiz Txilava hesab edir ki, Ermənistan, ilk növbədə, işğalçılıq siyasətinə son qoymalı, qonşularla normal münasibətlər qurmalıdır.

Ermənistan Dağlıq Qarabağı işğaldan azad etməyincə, terroru dəstəkləməkdən əl çəkməyincə hər hansı demokratik quruluşdan danışmağa dəyməz. Bu gün Ermənistanda baş verənlər sağlam inqilabi hərəkat deyil, iki və daha çox iddialı qruplaşmanın hakimiyyət uğrunda mübarizəsidir. Hakimiyyət uğrunda mübarizədə dinc, günahsız insanlar əziyyət çəkirlər. Ona görə də hesab edirəm ki, Ermənistandakı qüvvələr hamısı siyasətdən getməli, yeni şüur formalaşmalı, demokratik, müstəqil dövlət qurulmalıdır.

Tarixçi alim, politoloq Simon Kopadze deyib ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi çoxdan hazırlanan prosesdir. Lakin bu dəyişiklik bizə yaxşı heç nə vəd etmir. Hakimiyyət uğrunda mübarizədə keçmiş prezident Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdıran Nikol Paşinyan son bəyanatları ilə sübut etdi ki, Ermənistan öz çirkin siyasətindən əl çəkməyəcək. Paşinyan bəyan edir ki, Ermənistanın xarici siyasətində heç bir dəyişiklik olmayacaq. Deməli? Ermənistan bundan sonra da qonşularına qarşı təcavüzkar siyasətini və terroru dəstəkləməyi davam etdirəcək. Ona görə də hesab edirəm ki, Ermənistanda baş verən inqilab və hakimiyyət dəyişikliyi nə erməni xalqına, nə də region dövlətlərinə yaxşı heç nə vəd etmir. “Erməni xalqının və hakimiyyətdə olanların siyasi baxışları dəyişməlidir. İlk növbədə, Ermənistanda müstəqil dövlət qurulmalıdır. Müstəqil olmayan dövlətin müstəqil siyasəti də olmaz”, – deyə S.Kopadze vurğulayıb.

Gürcüstanda Terrorizm və Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Badri Natçkebiya isə deyib ki, müstəqil olmayan, xarici güclərin diktəsi ilə regionda sabitliyi pozmağa çalışan bir dövlətdə kimin hakimiyyətə gəlməsi yaxşı heç nə vəd etmir. Əgər Paşinyan hakimiyyətə gələrsə, biz çox yaxın bir vaxtdan sonra onun da Serj Sarkisyandan fərqli olmadığının şahidi olacağıq. Yəni, bir korrupsioner hakimiyyət digəri ilə əvəzlənəcək. Ermənistanda hakimiyyətə sağlam düşüncəli qüvvələr gəlməlidir və onlar həm ölkənin daxili, həm də xarici siyasətini kökündən dəyişməlidir.

Politoloqların fikrincə, Ermənistanda bir və ya bir neçə şəxsin hakimiyyətdən getməsi nə bu ölkə, nə də region üçün yaxşı heç nə vəd etmir. Paşinyanın Sarkisyanla əvəzləməsi, nəticə etibarilə, heç nə verməyəcək.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 2486

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...