SOSİAL
A- A A+

Parisdə “1918-2018: Paris-Bakı: müqayisəli konstitusiya təhlili və tarixi konvergensiyalar” adlı konfrans keçirilib

2018-05-05 10:45:30

.

Fransanın Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (İPSE) və Tədqiqat və Strateji Proqnoz Mərkəzinin (CEPS) birgə təşkilatçılığı ilə Parisin Sen-Jermen-de-Pre meydanında yerləşən Milli Sənayenin Təşviqi Cəmiyyəti Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “1918-2018: Paris-Bakı: müqayisəli konstitusiya təhlili və tarixi konvergensiyalar” adlı konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (İPSE) prezidenti Emmanüel Düpüi tədbirə moderatorluq edib və ölkəmiz, onun coğrafiyası haqqında ilkin məlumat verib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Azərbaycan Xalq Cümhuriyyətinin irsindən, dövlətçiliyimizin yaranması və inkişafından danışıb. 1918-ci ildə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin hüquq və azadlıqların təminatı, qadınlara səsvermə hüququnun verilməsi, bütün etnik qrupların parlamentdə təmsil olunması, dövlət atributlarının qəbul edilməsi kimi bir sıra dəyərlərindən söz açıb. Səfir yenidən öz müstəqilliyini bərpa edən ölkəmizin erməni təcavüzünə məruz qalmasından, Dağlıq Qarabağ münaqişəsindən danışıb, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə qanlı döyüşlərin sülh danışıqları ilə əvəz edildiyini, ölkəmizin iqtisadi dirçəlişə nail olduğunu diqqətə çatdırıb.

Bildirib ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirir. Sorbon Paris Cite - Paris Dekart Universitetinin, Siyasi Elmlər İnstitutunun hüquq üzrə professoru, Avropa Şurası yanında dövlət idarəçiliyi və müqayisəli hüquq məsələləri üzrə eksperti Tyeri Rambo iki ölkə konstitutsiyasından danışıb, onların müqayisəli təhlilini verib. Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi komitəsinin direktoru, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi ölkəmizin müstəqillik yolunda üzləşdiyi bəlalardan, xüsusilə də 1918-ci ilin mart ayında ermənilərin xalqımıza qarşı apardığı genosid aktından, həmin ildə Bakı, Şamaxı kimi şəhərlərdə azərbaycanlılara qarşı aparılan soyqırımından danışıb.

Paris Sosial Elmlər üzrə qabaqcıl tədqiqatlar Məktəbinin (EHESS (CERCEC)) doktoru Jorj Mamulya Azərbaycan diplomatik nümayəndə heyətinin Paris Sülh Konfransında (1919-1920) fəaliyyətinə toxunub. Yaxın Şərq Texniki Universitetinin müasir tarix üzrə doktorantı, Avrasiya Tədqiqatlar Mərkəzinin (AVİM) tədqiqatçısı Maksim Quen “Qaçılmaz qonşuluq: xarici münaqişə və Azərbaycan Demokratik Respublikasının iflası (1918-1920)” adlı məruzə ilə çıxış edib.

Paris azad hüquq, iqtisadiyyat və idarəçilik fakültəsinin müəllimi Pyer-Emanüel Düpon Azərbaycanın Cənubi Qafqazın lider dövləti olmasından, 1918-1920-ci illərdə mürəkkəb Avro-Qafqaz geosiyasətindən söz açıb.

Konfrans sual-cavabla davam edib. Sorbon Paris Cite - Paris Dekart Universiteti, Siyasi elmlər İnstitutunda hüquq üzrə professoru Tyeri Rambo AZƏRTAC-a müsahibəsində konfransın əhəmiyyətinə toxunub. Qeyd edib ki, Azərbaycan–Fransa Konstitusiya tarixi haqqında tədqiqat aparıb və hər iki ölkənin müxtəlif dövrlərdə qəbul edilmiş konstitusiyalarını müqayisə edib. Onların arasında oxşar və fərqli elementləri araşdırıb.

“Dinləyicilərə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindın danışdıq. Qəbul edilmiş konstitusiyaları sadaladıq. Ancaq 1995-ci il Konstitusiyasını daha diqqətlə nəzərdən keçirdik. Tədqiqatçılar üçün maraqlı olacaq çox məqamlar var. Azərbaycan öz Konstitusiyasında dünyəviliyi təsbit edib. Buna görə də ölkədə dövlət-din münasibətləri dünyəvilik prinsipinə söykənir. Bütün bu məsələlər tədqiq edilməlidir”, - deyə T.Rambo bildirib. Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (İPSE) prezidenti Emmanüel Düpüi deyib: “Bu gün Tədqiqat və Strateji Proqnoz Mərkəzi (CEPS) ilə birlikdə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi müstəqilliklə bağlı akademik müzakirələr apardıq. Eyni zamanda, 1918-ci ildə Azərbaycanda və Fransadakı real şəraitdən danışdıq. Həmin dövrdəki beynəlxalq vəziyyət və onun hadisələrin gedişinə təsirinə nəzər saldıq. Hadisələri, məqsədləri, eləcə də beynəlxalq və regional aktorların reallığa təsirini daha yaxşı anlamaq üçün tarixə nəzər salmaq lazımdır”.


Kateqoriya : SOSİAL Baxış sayı : 2116

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...