TƏDQİQATLAR
A- A A+

“1918-ci il hadisələri -UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişinə başlanılıb

2018-05-04 15:50:16

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “1918-ci il hadisələri: Dünyasını dəyişən şahidlər və unudulmayan tarix filminin çəkilməsi”layihəsini həyata keçirir. Layihə çərçivəsində “1918-ci il hadisələri -UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişinə başlanılıb

Ötən illərdə həyata keçirdiyimiz layihəmizi geniş təhlil etdikdən sonra bu qənaətə gəldik ki, bu uğurlu işlərin davamı zəruridir. Xeyli müddət araşdırmalardan sonra müxtəlif dillərdə nəşr olunan “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabının motivləri əsasında yazılan ssenariyə uyğun olaraq “1918-ci il hadisələri: UNUDULMAYAN TARİX” adlı sənədli filmin çəkilişinə start verdik.

Bu filmin hazırlanmasında əsas məqsədlərdən biri də 1918-ci il azərbaycanlıların başına gətirilən həmin soyqırımlara bir daha nəzər salmaqla yaddaşları silkələmək, məlumatlı və o hadisələrin şahidlərini dinləmək, ümumilikdə tarixi prosesləri təhlil etməkdən ibarət olub.

Təbii heç bir soyqırımı, xalqa, millətə qarşı törədilən qəsdlər, cinayət hadisələri heç vaxt unudulmur. Lakin burada ən ədalətli münasibət o olar ki, törədilən cinayət faktlarına dünyada ədalətli münasibət olsun. Cinayəti törədən cəza alsın, həmin soyqırıma hüquqi və siyasi qiymət verilsin. Bu gün ən ciddi problemlərdən biri odur ki, geniş dairələr 1918-ci illə bağlı həqiqətdən xəbərsizdir. Həmin qüvvələrə bu hadisələrin mahiyyətini çatdırmaq üçün daha innovativ, cəlbedici təbliğat vasitələri üzərində dayanmaq lazımdır. Təbii ki, bunlardan biri sənədli filmlərin çəkilməsidir.

Onu da qeyd edək ki, “1918-ci il hadisələri: UNUDULMAYAN TARİX” filmi həmin hadisələrin coğrafi məkanı nəzərə alınaraq Bakı şəhərində və regionlarda çəkiləcək.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1109

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...