SOSİAL
A- A A+

Heydər Əliyev xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir

2018-05-04 14:45:38

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında silsilə tədbirlər keçirilir, ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir

4 may 2018-ci il tarixində YAP Pirallahı rayon təşkilatının rəhbərliyi ilə RİH-nin əməkdaşları, idarə və təşkilat, orta təhsil müəssisələrinin, Ağsaqqallar Şurasının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Zirə Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Zirə Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub. “Bu gün biz qüdrətli və müstəqil dövlətin vətəndaşları olaraq, məhz belə dahi insanın fədakar fəaliyyəti sayəsində firavan respublikada, ictimai-siyasi sabitlik şəraitində, sosial rifahın təmin olunduğu, inkişaf edən və güclü bir Azərbaycanda yaşayırıq"- deyə Hikmət Şikarov vurğulayıb.

Sonra çıxış edən Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məmmədov çıxış edərək hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının məhz fenomenal liderlərin adı ilə bağlı olduğunu və xalqımızın alternativsiz liderinin məhz Heydər Əliyev olduğunu, Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün ,eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd etdi. Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Dəmirin yolu" sənədli filmi nümayiş etdirilib. Sonda Hikmət Şikarov partiyaya yeni üzv olmuş bir qrup gəncə YAP üzvlük vəsiqələrini təqdim etdi.


Kateqoriya : SOSİAL Baxış sayı : 1096

QHT və MEDİA

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

2020-01-19 14:35:26

QHT və MEDİA
Azay Quliyev məhəllələrdə görüşlər keçir...
Azay Quliyev məhəllələrdə görüşlər keçir...

"İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci s...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...