QHT və MEDİA
A- A A+

Birləşmiş Ərəb Əmirliklərində səfir Daşqın Şikarovun Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı məqalə dərc olunmuşdur

2018-05-04 10:55:29

3 may 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərində ərəb, ingilis, çin və rus dillərində nəşr olunan və geniş auditoriyaya malik Aviamost qəzetində Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun "Müsəlman dünyasının ilk demokratik respublikasını yada salaq” adlı məqaləsi dərc olunmuşdur

Millətinin xatirəsində silinməz iz buraxmaqla tarixdə adları həkk olunmuş bir sıra siyasətçi, ictimai-siyasi xadim, diplomatların olduğunu qeyd edən səfir, Azərbaycan Xalq Cümhuriyyətinin spikeri və xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun onlardan biri olduğunu qeyd etmişdir. Vurğulamışdır ki, tanınmış Topçubaşov ailəsində Tiflis şəhərində dünyaya göz açan Əlimərdan bəy Tiflis Gimnaziyası və sonra Sankt-Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. Xristianlığı qəbul etməklə sözügedən universitetdə fəaliyyətinin davam etdirilmə təklifini rədd edən Ə. Topçubaşov, Qafqaza qayıdaraq "Əkinçi” adında ilk Azərbaycan qəzetini təsis etmişdir.

1987-ci ildə isə Əlimərdan bəy tanınmış xeyriyyəçi Zeynalabdin Tağıyevin "Kaspi” qəzetinin baş redaktoru olmuş, və həmin dövrdən başlayaraq siyasi fəaliyyətinə qədəm qoymuş, qısa zaman ərzində Rusiya İmperiyası müsəlmanlarının liderinə çevrilmişdir. Müsəlmanların diskriminasiyasına son qoyulması və İmperiyanın bütün subyektlərinin bərabər hüquqlarının təmin edilməsi Topşubaşovun siyasi platformasının əsaslarını təşkil etmişdir. 1905-ci il birinci Rusiya inqilabi ərəfəsində Azərbaycan ziyalıları və burjuaziyasının məşhur görüşünün təşəbbüskarı məhz Topçubaşov olmuşdur. Həmin görüşdən sonra Rusiyada yaşayan müsəlmanların siyasi hüquqlar və azadlıqların təmin olunmasına dair petisiya İmperatora ünvanlanmışdır.

Məqalədə, Topçubaşovun Rusiyanın ilk müsəlman partiyası olan İttifaqi-Muslimin yaradıcısı olduğu və partiyanın üç konfransının keçirtdiyi vurğulanmışdır. Yazıda bildirmişdir ki Əlimərdan bəy, 1906-ci ildə seçilmiş Rusiya Dumasında müsəlman fraksiyasına başçılıq etmiş, lakin Parlament buraxıldıqdan sonra 3 ay müddətinə həbs olunmuş, deputat seçilmək hüququndan, Bakı bələdiyyəsindəki vəzifəsindən və Kaspi qəzetindəki işindən məhrum olmuşdur. Məhz həmin ərəfədə Topçubaşov İran Ədliyyə Nazirliyinə dəvət olunmuş, lakin təklifi qəbul etməyərək mübarizəsini davam etdirmişdir.

D.Şikarov vurğulamışdır ki, 28 may 2018-ci ildə Müsəlman dünyasının ilk demokratik Respublikasının yaradılmasından sonra, Topçubaşov yeni təsis olunmuş nazirlər kabinetinə daxil olmuş və özünü gənc respublikanın dünya ölkələri tərəfindən tanınmasına həsr etmişdir. O, fövqəladə və səlahiyyətli nazir qismində Avropa ölkələri ilə əlaqələrin qurulması üçün İstanbul şəhərinə göndərilmiş, orada xarici diplomatlar və siyasətçilərlə silsilə görüşlər keçirərək yeni Azərbaycanın reallıqlarını tərəf müqabillərinə çatdırmışdır.

BƏƏ mətbuatında nəşr olunmuş məqalədə, 7 dekabr 1918-ci ildə Ə.Topçubaşovun qiyabi olaraq ADR-in spikeri və xarici işlər naziri seçildiyi bildirilmişdir. Eyni zamanda, Azərbaycan Parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyətini formalaşdırmışdır.

Ə. Topçubaşov 1919-cu ilin may ayında ABŞ, Böyük Britaniya, Almaniya, İran, Türkiyə, Polşa və bir sıra digər ölkələrin nümayəndələri ilə görüşlər keçirmişdir. Topçubaşovun Parisdə ən böyük nailiyyəti isə ABŞ-in Prezidenti V. Vulson ilə görüşü olmuşdur. Məhz həmin görüşdən sonra Vulson "Bundan sonra Azərbaycan xalqı müstəqilliyini və azadlıqlarını qoruyub saxlamaq üçün böyük Amerikanın dəstəyini alacaqdır” sözlərini demişdir.

Səfir, 15 yanvar 20120-ci ildə Ə.Topçubaşova Fransa xarici işlər nazirliyində Azərbaycan xalq Cümhuriyyətinin Fransa və müttəfiq ölkələr tərəfindən de-fakto tanınmasına dair sənədin təqdim olunduğunu və bunun Azərbaycan diplomatiyasının böyük uğuru olduğunu bildirmişdir.

Yazıda, qızıl ordu tərəfindən 28 aprel 1920-ci ildə Azərbaycan işğala məruz qaldıqdan sonra, Ə.Topçubaşovun vətənə dönə bilmədiyindən Parisdə qalaraq müstəqil Azərbaycan uğrunda mübarizəsini davam etdirdiyi bildirilmişdir. Məqalə, "Azərbaycanın görkəmli siyasi xadimi Əlimərdan bəy Topşubaşovun 8 noyabr 1934-cu ildə vəfatından 57 il sonra onun Azərbaycan müstəqilliyinin bərpa edilməsi arzusu gerçəkləşmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir” Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür.

http://www.aviamost.ae/en/remembering-muslim-world’s-first-democracy


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1764

QHT və MEDİA

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...