SİYASƏT
A- A A+

"Ermənistandakı qeyri-sabitlik Dağlıq Qarabağdakı eskalasiyanı gücləndirə bilər"

2018-05-04 08:50:48

“Ermənistandakı qeyri-sabitlik Dağlıq Qarabağ bölgəsində eskalasiyanı gücləndirə bilər”. APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Böhran Qrupunun Ermənistandakı vəziyyətlə bağlı hazırladığı şərhdə deyilir

Bildirilir ki, münaqişənin həlli ilə bağlı danışıqlar zamanı mübahisəli mövqelər və regiondakı silahlanma 2016-cı ildə ölümlə nəticələnən toqquşmalara gətirib çıxarıb. Qeyd olunur ki, hazırkı vəziyyətdə münaqişəni alovlandıra biləcək üç təhlükə mövcuddur: “Birincisi odur ki, Azərbaycanın mümkün hərbi müdaxiləsindən narahat olan Dağlıq Qarabağdakı komandirlər 2016-cı ildən bəri nəzərdə tutduqları kimi əvvəlcədən hücum edə bilərlər. Bu hal həmçinin Dağlıq Qarabağdakı hərbçiləri üçün 2016-cı ildə Ermənistanın Azərbaycana uduzduğu ərazilərin geri qaytarılması üçün son şans kimi görünə bilər. İkincisi, Ermənistandakı qarışıqlıqdan istifadə edərək Azərbaycan özü münaqişə zonasına hücum edə bilər. Lakin Azərbaycanda dövlət rəsmiləri Ermənistandakı hadisələrlə bağlı hərbi ritorik bəyanatlar vermirlər. Hansı ki bu bəyanatların səsləndirilməsi region üçün adi hal idi. Bu hələ ki, yaxşı əlamətdir. Üçüncüsü, münaqişənin nəzarətdən çıxması və ya niyyətlərin düzgün anlaşılmaması riski hələ də qalır. Bu risk xüsusilə həssaslığın və hazırlığın olduğu bir zamanda yüksəkdir”.

Qeyd olunur ki, bütün tərəflər istənilən eskalasiya addımlarından çəkinməli, siyasi və diplomatik kanalları açıq saxlamalıdır: “ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa İttifaqı tərəflərə xatırlatmalıdır ki, yeni toqquşma nə dərəcədə təhlükəli ola bilər. Ermənistandakı siyasi böhranı nəzərə alaraq, həmsədrlər ənənəvi kanallarla Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsi riskləri barədə Nikol Paşinyanla müzakirələr aparmalıdırlar”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 2142

QHT və MEDİA

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

2018-10-18 21:20:32

QHT və MEDİA
QHT-nin hesabat xarakterli yekun tədbir...
QHT-nin hesabat xarakterli yekun tədbir...

Fact-info.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Demokratik Cə...

CƏMİYYƏT

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

2018-10-19 00:30:28

CƏMİYYƏT
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...

Fact-info.az-a daxil olan məlumata görə, toplantıda Şuranın 10 illik fəaliy...

İQTİSADİ

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...