CƏMİYYƏT
A- A A+

"Zərifə Əliyeva. Biblioqrafiya" kitabının təqdimatı oldu

2018-05-04 08:20:28

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə "Zərifə Əliyeva. Biblioqrafiya" kitabı və "Zərifə xanım Əliyeva - 95" adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Z.Əliyevanın tanınmış ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açdığını, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğunu söyləyib, onun birbaşa rəhbərliyi ilə gənc alimlərin, həkim-oftalmoloqların böyük bir nəslinin yetişdiyini qeyd edib.

Professor "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırlanmış "Zərifə Əliyeva: biblioqrafiya" kitabının daha təkmilləşdirilmiş vəsait olduğunu deyib, tədqiqatçılar üçün zəngin mənbə olacağını vurğulayıb. O, həmçinin, deputat Hüseynbala Mirələmovun 2010-cu ildə Moskvada "Görkəmli adamların həyatı" bioqrafiya seriyasında çap olunmuş "Zərifə Əliyeva" kitabının Bakıda yeni və əlavələrlə dərc olunmuş nəşri haqqında məlumat verilib.

Mədəniyyət nazirinin müavini Vaqif Əliyev Z.Əliyevanın elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Nazir müavini Milli Kitabxananın son illər biblioqrafiyalaşdırma sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib, bu işin uğurlu davamını arzu edib.

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə bildirib ki, Azərbaycan tibb elmində parlaq iz qoymuş akademik Zərifə Əliyeva bütün fəaliyyəti boyu yüzlərlə insanın gözünə nur bəxş edib, səhiyyəmizə böyük töhfələr verib. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov qeyd edib ki, akademik Zərifə Əliyeva təkcə öz adını tibb tarixinə yazmayıb, eyni zamanda, Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaldıb.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, professor Aybəniz Əliyeva-Kəngərli söyləyib ki, Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, dəyərli elmi-tədqiqat işləri yazıb. Azərbaycan Tibb Universitetinin prorektoru, tibb üzrə fəlsəfə doktoru Rauf Bəylərov isə məlumat verib ki, 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. O qeyd edib ki, Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın olub, dünyada ilk dəfə peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub.

Sonda "Zərifə xanım Əliyeva - 95" adlı elektron məlumat bazası təqdim edilib, zəngin tammətnli baza bütün dünya oxucularının istifadəsinə verilib. Tədbirdə, həmçinin, görkəmli alimin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 2041

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...

2018-08-09 12:00:01

İQTİSADİ
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...

Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün müm...