SİYASƏT
A- A A+

Bahar Muradova: Münaqişələrin tezliklə həll olunması üçün səylər birləşdirilməlidir

2015-07-07 09:25:22

ATƏT Parlament Assambleyasında

Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun yay sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı çıxış edərək münaqişələrin tezliklə həll olunması üçün səylərin birləşdirilməsinin, dövlətlərin ərazi bütövlüyünə və suverenliyə hörmət əsasında mehriban qonşuluq münasibətlərinin saxlanmasının vacibliyini bildirib.

Bahar Muradova qeyd edib ki, artıq münaqişələrin həlli prosesində “danışıqlar üçün rəsmi dəstək” və ya “həllinə ümid etmək kimi” ifadələr çərçivəsindən çıxmaq lazımdır. O vurğulayıb ki, münaqişə zonalarında status-kvonun qəbuledilməzliyi ilə bağlı praktiki addımlar atılmalıdır. Nə qədər gec deyil ATƏT və onun Parlament Assambleyası hərəkət etməlidir. Münaqişələr nəticəsində öz evlərindən didərgin düşmüş milyonlarla insanın əziyyətlərinin davam etməməsi üçün təcili addımlar atılmalıdır.

Müzakirələr zamanı çıxışında Azərbaycan Prezidentinin azərbaycanlıların İrəvana, Zəngəzura qayıdacaqları ilə bağlı fikirlərini qeyd edən Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyana cavab verən Bahar Muradova deyib: “Cənab Geqamyan, təşəkkür edirəm ki, bunu qeyd etdiniz. Azərbaycanlılar İrəvan da daxil olmaqla öz tarixi torpaqlarına qayıdacaqlar. Buna əmin ola bilərsiniz”.

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 707

QHT və MEDİA

2018-12-12 17:35:45

QHT və MEDİA
Heydər Əliyevin xarıci sıyasət kursu və ...
Heydər Əliyevin xarıci sıyasət kursu və ...

Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin in...

2018-12-10 16:25:06

QHT və MEDİA
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi”...
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi”...

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. ...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...