SİYASƏT
A- A A+

Bern şəhərində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

2018-05-03 09:10:00

İsveçrənin paytaxtı Berndə şəhərin meriyası, Bern kantonu və bələdiyyəsinin birgə təsisçisi olduğu “Polit-Forum-Bern” assosiasiyasına məxsus tarixi binada Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin dəstəyi ilə “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi” (AİMM) tərəfindən təşkil olunan tədbirdə yerli ictimaiyyət nümayəndələri, o cümlədən İsveçrədə yaşayan soydaşlarımız iştirak ediblər. Tədbirdə çıxış edən ölkəmizin İsveçrədəki səfiri Xanım İbrahimova Azərbaycan Xalq Cumhuriyyətinin yaranması tarixi və bu hadisənin ölkəmizin sonrakı inkişafı üçün əhəmiyyəti barədə ətraflı danışıb. O, Cumhuriyyətin qurulmasına aparan keşməkeşli yola nəzər salaraq, xüsusilə 1918-ci ilin mart-aprelində azərbaycanlılara qarşı törədilmiş soyqırıma diqqət çəkib və bir neçə gün ərzində təkcə Bakıda erməni daşnakları tərəfindən minlərlə soydaşımızın amansızlıqla qətlə yetirildiyini bildirib.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü nəticəsində böyük bir təhlükə ilə üz-üzə qaldığını söyləyən səfir bu təhlükənin ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində aradan qaldırıldığını diqqətə çatdırıb. O, mayın 10-da Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünün qeyd ediləcəyini deyərək, onun rəhbərliyi ilə 1994-cü ildə imzalanan Əsrin Müqaviləsinin Azərbaycanın sonrakı inkişafının təməlini qoyduğunu vurğulayıb. Səfir çıxışında, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın nailiyyətləri, ölkəmizin təşəbbüskarı olduğu regional enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat verib, eləcə də Azərbaycanın mötəbər idman yarışları və beynəlxalq tədbirlərə, o cümlədən Mədəniyyətlərarası Dialoq üzrə Ümumdünya Forumuna ev sahibliyi etməsinə diqqət çəkib.

Sonra Bern Universitetinin Hüquq fakültəsinin tələbəsi Ugudey Nəsirov çıxış edib. O, İsveçrə Konfederasiyasının qanunvericiliyində soyqırımı anlayışının təhlilini verib, 1918-ci ilin martında erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi cinayəti soyqırım kimi xarakterizə edib. AİMM-in rəhbəri Qasım Nəsirov isə çıxışında ermənilərin Cənubi-Qafqaz regionuna köçürülməsi tarixinə toxunub. O, müxtəlif dövrlərə məxsus xəritələri tədbir iştirakçılarına nümayiş etdirərək, Ermənistan adlı toponimin Cənubi Qafqazda tarixən mövcud olmadığı faktını tədbir iştirakçılarının diqqətinə çatdırıb, ermənilərin regiona Gülüstan və Türkmənçay müqavilələri nəticəsində köçürüldüyünü vurğulayıb.

Daha sonra tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinin Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib. Tədbirin sonunda qonaqlara Azərbaycanın milli təamlarından ibarət ziyafət verilib.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 221

QHT və MEDİA

2018-08-20 07:45:01

QHT və MEDİA
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümh...

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...