SOSİAL
A- A A+

QHT maarifləndirmə tədbiri təşkil edib

2018-05-02 21:00:22

.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılıgı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "XXI Əsrin Qadınları” İctimai Birliyi “Insan alverinin qurbanlarına sosial-hüquqi yardımın göstərilməsi və bu sahədə maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Sabirabad Peşə Liseyində tədbir keçirib.

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və "XXI Əsrin Qadınları”İctimai Birliyin sədri Mahirə Əmirhüseynova tədbirdə çıxış edərək insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. M.Əmirhüseynova dövlət başçısı cənab İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı"nın uğurla icra olunduğunu vurğulayıb. M.Əmirhüseynova İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator , Daxili İşlər Nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazovun rəhbərliyi ilə bu gün Azərbaycanda insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyətin yüksək səviyyədə oldugunu və nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə apardıgını önə çəkib. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə quruldugunu bildirib. O, insan alverinə qarşı mübarizəyə dair silsilə maarifləndirici tədbirlərin keçirilməsinin Milli Fəaliyyət Planının icrasına töhfə vermək məqsədi daşıdığını vurğulayıb.

Həyata keçirilən layihənin əsas məqsədi insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib. “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova qeyd edib ki, İctimai Birliyiə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji dəstək, hüquqşünaslar tərəfindən onların problemlərinin həlli, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquq yardım göstəriləcək.

Həmçinin DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis-baş leytenatı Ilham Kərimov və polis-baş leytenatı Söhrab Orucov və təhsil üzrə ekspert, psixoloq Nuranə Şıxəliyeva, Sabirabad Peşə Liseyin direktoru Vahid Abdullayev çıxışlarında tədbir iştirakçılarına cinayətkarlar tərəfindən insanları insan alverinə necə cəlb etmələri, insanlar özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Bu sahədə hazırlanmış filmlər nümayiş etdirilib və bukletlər paylanılıb. Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 445

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

İQTİSADİ

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...