İQTİSADİ
A- A A+

Bakıda keçiriləcək Konfransa 64 ölkədən 355 iştirakçı qatılacaq

2018-05-02 11:45:04

Bakıda keçiriləcək Dünya Limanlar Konfransına (IAPH Baku 2018) 64 ölkədən 355 iştirakçı qatılacaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından AZƏRTAC-a bildiriblər ki, Bakı konfransı “Gələcəyin limanları: qovşaqlar yaratmaqla, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub. Dünya Limanlar Konfransı Los-Anceles, Sidney, Hamburq, Panama, Bali kimi iri liman şəhərlərindən sonra ilk dəfə Mərkəzi Asiya məkanında - Xəzər dənizinin ən iri və ən qədim liman şəhəri olan Bakıda keçiriləcək. Konfransda limanlar və logistika sahəsində sabitlik və təhlükəsizlik, innovativ avadanlığın tətbiqi, baş verən dəyişikliklərin ətraf mühitə təsiri məsələləri, informasiya texnologiyaları və logistik əməliyyatlar müzakirə ediləcək, qlobal və regional ticarət məsələlərinə dair maraqlı diskussiyalar aparılacaq, maddi-texniki məsələlər və bir çox digər mövzular təhlil ediləcək. Konfransda “DP World”un sədri və icraçı direktoru Sultan Əhməd bin Suleyemin, “Forbes” və “BBC World”un əməkdaşı Ueyd Şepardın, “FMP Associates Ltd”nin direktoru və ”Dubai Logistics City”nin sabiq baş icraçı direktoru Maykl Profittin, Triyest limanının prezidenti Zeno-d`Aqostinonun, Nigeriya Limanlar Administrasiyasının icraçı direktoru Xadiza Bala Usmanın, “Port of Le Havre”nin baş direktoru Erve Martellin, Şanxay Universitetinin professoru Teo Teotetomun çıxışları nəzərdə tutulub. Maraqlı forum və diskussiyalarla yanaşı, “IAPH Baku 2018” konfransının iştirakçıları üçün əyləncəli tədbirləri və maraqlı ekskursiyaları nəzərdə tutan mədəni proqram hazırlanıb. Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. IAPH hər il iri liman şəhərlərində konfranslar təşkil edir. Əvvəlki konfranslar Los-Anceles (2013), Sidney (2014), Hamburq (2015), Panama (2016) və Balidə (2017) keçirilib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 243

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...