TƏDQİQATLAR
A- A A+

Artıq Moskva göz yaşlarına inanmır

2015-07-07 09:10:41

Bu yaxınlarda Rusiya partriarxı Kiril maraqlı bir açıqlama ilə çıxış edib: "Erməni dövlətinin yaranması anından başlayaraq bu xalqı müdafiə edirik.

Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür".

Əslində bu fikirlər, Rusiyanın ermənilərlə bağlı böyük səhvinin etirafı idi. İki əsrdir davam edən erməni sindromunun köklərini burada axtarmaq lazımdır. Təsadüfi deyil ki, I Pyotrun Qafqaz siyasətində ermənilər xüsusi yer tutmuşdular. Onlar  məhz  Rusiyanın ölçüyəgəlməz himayəsilə bu torpaqlarda məskunlaşdılar, özlərinə dövlət yaratdılar. Ermənilərin inzibati-idarəetmə sistemində möhkəmləndirilməsi, köçürülmə yolu ilə saylarının surətdə artırılması prosesi həyata keçirilirdi. 

Beləliklə, ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qərbi Azərbaycanda, Dağlıq  Qarabağda, digər məkanlarda möhkəmlənə bildilər. Heç təsadüfi deyil ki, ermənilər Qarabağa köçürülmələrinin 150 illiyini 1978-ci ildə qeyd edərək, Ağdərə rayonunda abidə ucaltmışdılar.  Hal-hazırda işğal altında qalan Ağdərə rayonunda bu abidəni ermənilər çox hiyləgərliklə dağıdıblar. Məqsəd ciddi tarixi faktları saxtalaşdırmaqla özlərini dünyaya Qafqazın yerli xalqı kimi təqdim etməkdir. Ancaq erməni alimi, akademik Manuk Abeqyanın etirafları diqqəti cəlb edir: “...erməni xalqının kökləri haradadır, Qafqaza necə, nə vaxt,  haradan  və hansı yollarla  gəlib... Bizdə bunun  dəqiq  sübutları var”.(“Erməni ədəbiyyatı tarixi” Yerevan 1975)

Bu yerdə çox vacib bir faktı qeyd etmək yerinə düşər. Çar Rusiyası ermənilərə  növbəti  dəstəyini göstərərək  o zaman daha bir tarixi səhvə imza  atdı. 1836-cı ildə Alban katalikosluğu ləğv edildi. Bununla da tarixi Alban abidələrinin erməniləşdirilməsi prosesinə start verildi. Bu tarixi türk torpaqlarında  qriqorianlaşma prosesi Alban tarixinə böyük zərbə vurdu. Bu gün dünyada  Dağlıq Qarabağ, işğal olunan digər ətraf rayonlarda ermənilər Azərbaycan tarixinə aid bütün abidələri məhv edir və yaxud bərpa adı altında həmin abidələrin üzərinə erməni xaçı yapışdırırlar.  

Təbii ki, Çar Rusiyasının Cənubi Qafqaza yiyələnməkdə strateji məqsədlərindən  biri imperiyanın sərhədlərini genişləndirmək idi. Belə məqamda ən münasib variant ermənilərdən vasitə kimi istifadə edib hədəfə çatmaq idi. Regional geosiyasi kontekstdə Rusiya öz məqsədinə nail oldu. Ancaq bu qalibiyyət  regionda əbədi olaraq sülhü, sabitliyi əlçatmaz etdi. Bu siyasətin ağır nəticələri göz qabağındadır. Münaqişə, işğal faktı, insan itkisi, qaçqınlıq problemi və nəhayət Rusiyanın özünə qarşı formalaşan antirusiya əhval-ruhiyyəsinin getdikcə artmasıdır. 

Vaxtilə Rusiya çarının etdiyi səhvlər təəssüflər olsun ki, bu gün də təkrarlanır. Baxmayaraq ki, Moskva göz yaşlarına inanmır, ermənilərin istənilən əlverişli şəraitdə, məqamı çatanda ruslara qarşı da xəyanət edəcəyini gözəl anlayır. Hətta  Cənubi Qafqazda etdiyi tarixi səhvləri etiraf edir. Ancaq Şimal qonşumuz  Ermənistana hərtərəfli hərbi dəstəyini əsirgəmir.

Virtualaz.org saytının yazdığına görə, Rusiya Ermənistanın “İsgəndər-M” operativ-taktiki raketləri ilə təchiz edilməsinə dair danışıqlar aparır. Dünyada analoqu olmayan operativ-taktiki silahların qonşu dövlətlərə qarşı yönəlməsi isə şübhəsizdir. İqtisadi cəhətdən zəifləyən, dünyanın aparıcı ölkələrinin, beynəlxalq təşkilatların sanksiyaları ilə üzləşən, hər gün itirə-itirə gedən Rusiyanın görəsən nəyinə gərəkdir Ermənistan? Rusiya erməniləri bundan sonra himayə etməklə nə qazanacaq sualına cavab vermək çətindir.

Əgər Rusiyanın ermənilərə bu sevgisi dini faktorla bağlıdırsa, onda Rusiya partriarxı Kirilin dediklərini ciddi qəbul etmək lazım deyil. Əksinə, Kirilin dediklərinə diqqət yetirsək, onda düşünmək olar ki, Rusiya öz keçmişindən,  yanlış siyasətindən ibrət dərsi götürəcək. Axı tarix ölü keçmiş olsa da, həm də  bir ibrət dərsidir.   

Bugünkü reallıq, zamanın çağırışları onu diqtə edir ki, tarixin acı səhvlərindən nəticə çıxarıb qonşularla, dünya ilə normal əməkdaşlıq qurasan. Görəsən, Rusiya bunu edəcəkmi? 

 
 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1719

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...