SİYASƏT
A- A A+

“İlham Əliyev. Elektron külliyyat” adlı yeni resursun təqdimatı olub

2018-05-01 21:45:37

Prezident Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən “İlham Əliyev. Elektron külliyyat” adlı yeni elektron resursun təqdimatı olub

Tədbirdə çıxış edən kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycanın daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 15 illik fəaliyyəti nəticəsində yaranmış çox nəhəng sənəd kütləsini yalnız müasir informasiya texnologiyalarının son nailiyyətlərini tətbiq etməklə geniş oxucu auditoriyası üçün əlçatan etmək mümkündür. Məhz bu məqsədlə yaradılmış, sadə axtarış forması olan həmin resursda toplanmış materiallardan istənilən şəxs asanlıqla istifadə edə bilər. Dörd fəsildən ibarət resursda dövlətimizin başçısının fəaliyyətinə dair mətbuatda çap olunmuş materialların tam mətni ilə yanaşı, biblioqrafik informasiya da toplanıb.

Resursun ikinci fəslində istifadəçilər çox sadə axtarışla Prezident İlham Əliyevin 2003-2018-ci illəri əhatə edən 1370 çıxışının, nitqinin, müsahibəsinin, bəyanatının tam mətnini əldə edə bilərlər. Bu fəslin başqa bölməsinin materiallarının təhlili göstərir ki, çox uğurlu xarici siyasət xətti formalaşdıran Prezident İlham Əliyev 2003-2018-ci illərdə dünyanın 50 ölkəsinə 259 dəfə səfər edib. Bu səfərlərin 31-i Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır. Həmin səfərlərin tam xronikası, Prezident İlham Əliyevin xarici siyasətlə bağlı çıxışlarının, nitqlərinin, müsahibələrinin tam mətnləri, xarici siyasətlə əlaqədar qanun, fərman və sərəncamlar, eləcə də xarici ölkələrə səfərlərə dair materiallar “Xarici siyasət fəaliyyəti” adlı bölmədə toplanıb.

Dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul etdiyi dövlət proqramlarına aid bütün materiallar da resursun ayrıca bir bölməsində yerləşdirilib. Bu bölmənin materiallarından görünür ki, Prezident İlham Əliyev yalnız 2014-2018-ci illəri əhatə edən sonuncu Dövlət Proqramı çərçivəsində 57 rayonda 86 dəfə səfərdə olub və bu Proqramın icrası ilə bağlı 7 Fərman, 305 Sərəncam imzalayıb. Proqramın başa çatmasına hələ 8 ay qalır, yəni, regionlara səfərlərin və onların sosial-iqtisadi inkişafına dair sənədlərin sayı təbii ki, artacaq.

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları da külliyyatda ayrı bölmədə verilib. İnteraktiv olan bu bölmənin materiallarından görünür ki, Prezident İlham Əliyev Bakı şəhəri və onun qəsəbələrinin müxtəlif sahələr üzrə inkişafına dair 107 fərman və sərəncam imzalayıb. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində yaranan nəhəng rəsmi sənəd kütləsindən oxucuların istifadəsini asanlaşdırmaq məqsədilə Prezident Kitabxanasında digər elektron resurslar da yaradılır. Dövlətimizin başçısının imzaladığı və dövri mətbuatda nəşr olunmuş 3616 qanun, 3662 fərman və 9740 sərəncamın, eləcə də Nazirlər Kabinetinin 2003-2018-ci illəri əhatə edən 4172 qərarının elektron biblioqrafik göstəriciləri belə resurslardandır.

Mayıl Əhmədov bildirib ki, Prezident İlham Əliyevin həyat salnaməsini və dövlət başçısı kimi ölkənin sosial-iqtisadi və humanitar sahələrdə dinamik inkişafını, beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi istiqamətində gördüyü işlərin miqyasını özündə əks etdirən xronologiyanın, nitqlərin, çıxışların, müsahibələrin tam mətnlərinin, haqqında yazılan kitab və məqalələrin elektron versiyalarının və onun biblioqrafiyasının vahid elektron məkanda toplanılması və külliyyat şəklində təqdim edilməsi istifadəçilərin işini xeyli dərəcədə asanlaşdırır və daha əlçatan edir. Qeyd edilib ki, “İlham Əliyev. Elektron külliyyat” tammətnli elektron nəşrinin birinci fəsli “Həyat və fəaliyyəti” adlanır və beş bölmədən ibarətdir. “Bioqrafiya” adlanan birinci bölmədə qısa bioqrafik məlumat verilib.

“Xronologiya” adlanan bölmə iki yarımbölmədən ibarətdir. Birinci yarımbölmədə Prezident İlham Əliyevin həyat və fəaliyyətinin 1961-2003-cü illər dövrünü əks etdirən xronologiya öz əksini tapır. Bu bölmədə İlham Əliyevin prezidentliyə qədərki dövrdə Milli Olimpiya Komitəsinin prezident və Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi fəaliyyəti xronoloji ardıcıllıqla əks etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, təqdim olunan layihə müasir Azərbaycanın bugünkü həyatı ilə sıx bağlıdır, onun dinamik inkişafını əks etdirən çox zəngin sistemli mənbədir. Aydındır ki, biz son illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatında yüksək inkişaf dinamikasından bəhs edirik. Müxtəlif müzakirələrdə Azərbaycan Respublikasının həyatının rəngarəng sahələrinə diqqət yetiririk və oradakı prosesləri təhlil edir, ictimaiyyətin diqqətinə çatdırır, beynəlxalq aləmə çıxarırıq. Bu hadisələrin ahəngi, cərəyan edən proseslər bu gün Azərbaycan vətəndaşının marağına uyğun şəkildə aparılan dövlət siyasətinin bariz təzahürüdür. Təsadüfi deyil ki, ölkəmizdə yaranmış ab-havanın, cərəyan edən proseslərin məntiqi nəticəsi bu il aprelin 11-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini yenidən Prezident İlham Əliyevə verməsi oldu. İlham Əliyevin yenidən Prezident seçilməsi ilə ölkəmizdə həyata keçirilən siyasi xəttin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə hər birimizdə əminlik yarandı. Bu gün ölkə həyatının ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrinə diqqət yetirdikdə görürük ki, aparılan köklü islahatların məntiqi nəticəsi kimi gündən-günə daha da möhkəmlənən ictimai-siyasi sabitlik, sosial-iqtisadi dəyişikliklər əhalinin əhval-ruhiyyəsinə də müsbət təsir edir.

Azərbaycanın həyatının hər hansı bir sahəsini öyrənmək, ona qiymət vermək istəyən tədqiqatçı-ekspert, istər-istəməz dövlət siyasətinin mahiyyətini araşdırmalıdır. Dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində əsas müəllif, təşəbbüskar və onun ilk mühüm icraçısı təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevdir. Onun fəaliyyətinə diqqət yetirmədən, ölkədə aparılan dövlət siyasətinin aspektlərini öyrənmədən Azərbaycanın həyatının müxtəlif sahələri ilə bağlı fikir yürütmək təbii ki, qeyri-mümkündür. Bu baxımdan təqdimatı keçirilən portal çox mühüm mənbə rolunu oynayır. Çünki qeyd edildiyi kimi, bu portalda Azərbaycan Prezidentinin fəaliyyətinin bütün sahələri öz əksini tapıb, sistemləşdirilib. Burada istər daxili siyasət, istər xarici siyasət, neft diplomatiyası, qeyri-neft sektoru, regionların inkişafı, idman, mədəniyyət, təhsil və s. sahələrlə bağlı bütün materiallar xronoloji ardıcıllıqla sistemli şəkildə toplanılıb. Ərəstun Mehdiyev qeyd edib ki, bu gün Azərbaycan regionun lider dövlətidir. Ölkəmiz qlobal layihələrin reallaşmasında, son illərdə daha intensiv xarakter alan beynəlxalq tədbirlərin keçirilməsində mühüm rol oynayır. Bütün bunlar, əlbəttə ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələr və tədbirlərdir.

Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycanı tanımaq, həqiqətən də öyrənib obyektiv şəkildə təqdim etmək istəyən tədqiqatçılarla, ekspertlərlə yanaşı, bir çox hallarda ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən, məlumatları təhrif edən, onlardan öz maraqları naminə istifadə etməyə cəhd göstərən insanlar da var. Buna görə də biz çalışmalıyıq ki, informasiya mübarizəsində Azərbaycanla bağlı dolğun, obyektiv informasiyanı daha çox təqdim edək. Burada, əlbəttə ki, mətbuatla yanaşı, alimlərimizin, tədqiqatçılarımızın da üzərinə böyük məsuliyyət düşür. Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Prezident Kitabxanasının əvvəlki layihələri kimi, bu portal da ölkəmizin həyatının müxtəlif sahələrinin öyrənilməsində mühüm rol oynayacaq.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 283

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...