SOSİAL
A- A A+

İstanbulda Azərbaycan muğamları ifa olunub

2018-04-30 08:55:12

.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə İstanbulda “Azərbaycana musiqi estafeti” şüarı ilə keçirilən konsert proqramları davam edir.

Silsilə tədbirlər çərçivəsində İstanbulun “Grand Pera” teatr salonunda “Muğam gecəsi” konserti təşkil olunub. Konsert proqramında Əməkdar artist Səbuhi İbayev və gənc xanəndə Nigar Şabanova məlahətli ifaları ilə musiqisevərlərin zövqünü oxşayıblar. Xanəndələri Əməkdar artistlər Sahib Paşazadə (tar), Çinarə Heydərova (qanun), Toğrul Əsədullayev (kamança) və başqaları müşayiət ediblər.

Mədəniyyət Nazirliyinin Türkiyə nümayəndəliyinin rəhbəri Nurlana Çakmak, tarzən Sahib Paşazadə və başqaları Azərbaycanda qədim muğam musiqisinin inkişafına göstərilən diqqət və qayğıdan, dərin və bitkin təfəkkür, bədii həyəcan ifadə edən muğamın özünəməxsusluğundan danışıblar. Səbuhi İbayevin və Nigar Şabanovanın birlikdə ifa etdikləri “Qarabağ şikəstəsi” muğamsevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb. Konsert çərçivəsində Azərbaycan tarixini, mədəniyyətini, müasir inkişafını və füsunkar təbiətini əks etdirən fotosərgi açılıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 196

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...

2018-08-09 12:00:01

İQTİSADİ
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...

Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün müm...