TƏDQİQATLAR
A- A A+

Arye Qut: Azərbaycan Cənubi Qafqaz regionunun güclü və sabit geosiyasi mərkəzidir

2018-04-27 08:40:39

Əminəm ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri yeni islahat və nailiyyətlərin başlanğıcı və hərəkətverici qüvvəsi olacaq

Hesab edirəm ki, seçkilərdə Azərbaycan xalqı öz iradəsini nümayiş etdirdi, Azərbaycanda seçkilər açıq və şəffaf keçirildi. AZƏRTAC xəbər verir ki, bu fikirləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsrailin 9-cu televiziya kanalının “Den” informasiya-analitik proqramında populyar israilli aparıcı Vladimir Rav Tsionla söhbətində deyib. http://9tv.co.il/video/2018/04/24/72572.html

İsrailli ekspert qeyd edib ki, bu gün güclü və müstəqil Azərbaycan çoxvektorlu xarici siyasəti uğurla həyata keçirir. “Uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri nəticəsində Azərbaycan regionun güclü geosiyasi mərkəzinə və liderinə çevrilib. Onun iştirakı və razılığı olmadan dünyanın strateji regionu olan Cənubi Qafqazda heç bir siyasi, iqtisadi və nəqliyyat layihələri reallaşdırıla bilməz. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü qüvvə və lokomotivdir. Yaddan çıxarmayaq ki, Azərbaycan respublikası bu gün çox mürəkkəb geosiyasi əhatədədir və çoxvektorlu xarici siyasət yürüdür.

Bugünkü reallıq belədir ki, Avrasiyada və bütün müsəlman dünyasında Azərbaycan qədər İsraillə sıx əlaqəsi olan ölkə yoxdur. İki dövlət arasında diplomatik münasibətlərin 26 illik tarixi ərzində yəhudi dövləti və əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət dövlət arasında strateji münasibətlərin zəruriliyi və yaşamaq qabiliyyəti sübut edilib. Bizim dost dövlətlərimiz həqiqətən də əsl səmimi və etibarlı strateji tərəfdaş kimi qarşılıqlı əlaqədədir. Faktiki olaraq azərbaycanlılar və yəhudilər nəinki yanaşı yaşaya bilər, həm də əsl dost ola bilər, öz münasibətlərini inkişaf etdirə və möhkəmləndirə bilərlər”, - deyə Arye Qut vurğulayır.

Arye Qutun fikrincə, mürəkkəb geosiyasi labirintdə Azərbaycanın özünəməxsus yeri var. O deyib: “İsrail və Azərbaycan arasında ən yüksək səviyyədə və etimada əsaslanan siyasi dialoq mövcuddur. Ciddi iqtisadi zəmin var - ticarət dövriyyəsi təxminən 5,7 milyard dollardır. Lakin İsrail-Azərbaycan münasibətlərində ən başlıcası isə çox vacib olan insan amilidir, mən deyərdim ki, bu amil ikitərəfli münasibətlərin əsas sütunlarından biridir.

Biz İsraildən olan müşahidəçilərlə birlikdə Azərbaycanda yəhudilərin yaşadıqları Qırmızı Qəsəbədə olduq. Müşahidəçilərin sırasında Uzi Dayan Azərbaycanda yəhudilərə dünyanın heç bir yerində olmayan qayğıkeş və səmimi münasibətə heyran qaldığını bildirdi. Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır və Azərbaycan bundan qürur duyur. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaş kimi yaşayır, onları ortaq tarix və tale birləşdirir. Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun əsl nümunəsi olub və bu gün də belədir. Azərbaycan həqiqətən sabitlik, multikulturalizm və tolerantlıq adasıdır”. Ekspert qeyd edir ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti Azərbaycanın xarici siyasətinin təməl daşıdır. Rəsmi Bakı sübut edib ki, heç kəs Azərbaycanla ultimatum dilində danışa bilməz. Əcnəbi tərəfdaşlarla əməkdaşlıq və tərəfdaşlıq müstəsna olaraq qarşılıqlı maraqlara əsaslanır.

Ermənistan-Azərbaycan münaqişəsinə və Serj Sarkisyanın istefası məsələsinə toxunan Arye Qut qeyd edib ki, Ermənistan 25 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır və bunun nəticəsində ölkədə 1 milyon qaçqın yaranıb. O deyib: “Rəsmi Bakı çoxdan bildirib ki, indiki status-kvo ilə razılaşmayacaq. Bundan başqa, beynəlxalq hüquq normalarına müvafiq olaraq, Bakı yalnız özünümüdafiə hüququna deyil, həm də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini azad etmək hüququna malikdir. Serj Sarkisyanın istefasına gəldikdə, bu insan tarixdə çox dəhşətli qanlı izlər qoyub. Xatırladım ki, Sarkisyan Azərbaycanın Xocalı şəhərindəki soyqırımı aktının təkcə ideoloqu deyil, həm də təşkilatçısı olub. Orada bir gecədə 613 azərbaycanlı dinc sakin, o cümlədən uşaq, qoca və qadınlar qətlə yetirilib. Azərbaycan xalqı bu cinayəti Sarkisyana heç vaxt bağışlamayacaq.

Bəs Sarkisyan öz xalqına nə qoydu? Onun on illik hakimiyyəti dövründə Cənubi Qafqaz regionunda özünü təcrid etmiş Ermənistan əsassız ərazi iddialarına, xüsusən də Azərbaycan torpaqlarını işğal etməsinə və davam edən hərbi təcavüzünə görə geosiyasi, geoiqtisadi, nəqliyyat və logistika, Xəzər dənizinin neft-qaz ehtiyatları ilə bağlı layihələrdən tam kənarda qalıb. Ermənistanın Cənubi Qafqazda ən asılı ölkə olması danılmaz faktdır. Ermənistan bu gün Rusiyanın xarici siyasi və iqtisadi ambisiyalarına tamamilə bağlıdır və ondan asılıdır”. Arye Qutun sözlərinə görə, Ermənistanın iqtisadiyyatı acınacaqlı vəziyyətdədir, bu da onun tədricən Rusiyanın peykinə çevrilməsi və çevriləcəyi ilə nəticələnir.

“Əgər 10 il əvvəl Ermənistanın 3 milyon əhalisi var idisə, hazırda orada təxminən 1,5 milyon nəfər qalıb. İnsanlar Ermənistanı tərk edirlər, çünki oranın gələcəyini görmürlər. Kütləvi köç əhval-ruhiyyəsinin səbəbi Ermənistanın iqtisadi durumudur. Ermənistan əhalisi ölkədə reallaşdırılan iqtisadi siyasəti mənfi qiymətləndirir, çıxış yolunu buranı tərk etməkdə görür. Hakimiyyət orqanlarının rəvac verdiyi cəzasızlıq mühiti o vəziyyətə gətirib çıxarıb ki, ölkənin taleyi dayaz, bəsit təfəkkürlü insanların və diletantların ixtiyarına buraxılıb. Başqa sözlə, onlar Serj Sarkisyanın “döyüş şücaətinə” görə mükafatlandırdığı şəxslərdir. Sarkisyan ölkəyə 10 il rəhbərlik etsə də, ilk iş fəaliyyətinə başladığı vaxtlardakı kimi, elə çilingər olaraq qalıb. Belə bir vəziyyətdə xalq ayağa qalxdı və istefa tələb etdi, Sarkisyan da getməyə məcbur oldu.

Azərbaycanda ümid edirlər ki, Ermənistanda hakimiyyətə sağlam düşüncəli, ağır vəziyyətdə olan xalqını və ölkəsini düşünən adam gələcək”, - Arye Qut İsrailin 9-cu televiziya kanalının “Den” informasiya-analitik proqramında fikrini belə yekunlaşdırıb.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 175

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...