QHT və MEDİA
A- A A+

QHT-lər Qubaya səfər edərək 31 Mart Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib

2018-04-26 15:50:56

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə QHT-lər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək xatirəsini ehtiramla anıb. Sonra 1918-ci ildə Qubada cinayətkar erməni silahlı dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn edildiyi yerdə ucaldılmış abidə ziyarət olunub. Muzeylə tanışlıq zamanı bildirilib ki, burada ermənilərin 1918-ci ildə Quba qəzasında soydaşlarımıza qarşı törətdiyi soyqırıma dair Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, xəritələr və çoxsaylı fotoşəkillər Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Sonra QHT-lərin 31 mart Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə bağlı qəbul etdiyi Bəyanat oxunub.

Bəyanatda deyilir: “Ötən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımdan 100 il ötür. 1918-ci ilin mart ayından etibarən erməni silahlı dəstələri yalnız milli və dini mənsubiyyətinə görə on minlərlə azərbaycanlını ən qəddar və vəhşi üsullarla qətlə yetirib, həmçinin xalqımıza məxsus nadir tarixi və mədəniyyət abidələrini, ibadət ocaqlarını və qəbiristanlıqları dağıdıblar.

Azərbaycan torpaqlarında “böyük Ermənistan” qurmaq xəyalını gerçəkləşdirmək üçün ermənilər 1918-ci ildə soyqırım, etnik təmizləmə və deportasiya siyasəti apararaq regionun siyasi xəritəsini dəyişdirməyə cəhd göstərirdilər. Qısa zaman ərzində ermənilər Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Şirvan, Naxçıvan, Lənkəran və digər ərazilərdə misli görünməmiş qırğınlar törədiblər.

1918-ci ilin ilk beş ayı ərzində Qubada xüsusi vəhşiliklə 16 000-dən artıq insan öldürülüb, 167 kənd məhv edilib. Bu kəndlərdən 35-i yer üzündən silinib. Şamaxının 70-dən çox kəndi tamamilə məhv edilib, 7000 nəfər öldürülüb. Zəngəzur qəzasında 10.068 nəfər qətlə yetirilib, 115 kənd dağıdılıb. Ermənilər həmçinin Qubada digər yerli xalqlara qarşı da açıq qətliam törədiblər. Azərbaycan Xalq Cümhuriyyəti azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə 15 iyul 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaradıb. Bu, azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan ilk addım idi. Ancaq Cümhuriyyətin süqutu bu prosesin başa çatdırılmasına imkan vermədi. Soyqırımdan sonra tarixi torpaqlarımıza - İrəvana, Zəngəzura, Qarabağa, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada təsbit olunan halların demək olar ki, hamısı 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib. Bu bir daha sözügedən hadisələrin soyqırım olduğunu göstərir.

Ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırım Günü elan edilməsi barədə fərman imzalayaraq 80 il öncə baş vermiş dəhşətli hadisəyə siyasi qiymət verdi. Cənab prezident İlham Əliyev 18 yanvar 2018-ci ildə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqqında Sərəncam imzalayıb.

Bu qanlı hadisələrdən 74 il sonra 1992-ci ildə Xocalıda törədilən soyqırım ermənilərin iç üzünü bir daha dünyaya göstərmiş oldu. Biz Azərbaycan QHT-ləri olaraq beynəlxalq ictimaiyyəti gec də olsa 1918-ci ildə Cənubi Qafqazda ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım hadisəsinə siyasi qiymət verməyə və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün sərt sanksiyalar qəbul etməyə çağırırıq”. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 457

QHT və MEDİA

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

2018-10-18 21:20:32

QHT və MEDİA
QHT-nin hesabat xarakterli yekun tədbir...
QHT-nin hesabat xarakterli yekun tədbir...

Fact-info.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Demokratik Cə...

CƏMİYYƏT

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

2018-10-19 00:30:28

CƏMİYYƏT
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...

Fact-info.az-a daxil olan məlumata görə, toplantıda Şuranın 10 illik fəaliy...

İQTİSADİ

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...