MÜSAHİBƏ
A- A A+

Musa Quliyev: Ermənistandakı səfalət, acınacaqlı iqtisadi vəziyyət Serj Sarkisyanın sonunu gətirib çıxardı

2018-04-25 07:50:13

.

Ermənistandakı hərbi xunta rejimi xalqın kütləvi etirazları nəticəsində layiq olduğu sonuna çatdı. Erməni xalqı ölkəni öz biznesinə çevirmiş mafioz klandan canını qurtardı. Hərbi xuntadan yaxasını qurtaran erməni xalqı öz hakimiyyətini formalaşdırmaq imkanı qazandı. Fact-info.az-ın məlumatına görə bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, Serj Sarkisyanın hakimiyyətə gəlməsi qeyri-qanuni idi. Onun hakimiyyəti əldə saxlaması da qeyri-qanuni və qeyri-demokratik idi. Nəhayət, bu, öz məntiqi sonuna gəlib çatdı. Ermənistanda klanlararası mübarizə, Ermənistan erməniləri ilə Qarabağdan gəlmiş ermənilər arasında hakimiyyət uğrunda qarşıdurma, ölkədəki ağır iqtisadi, maliyyə böhranı, qanunların işləməməsi, erməni xalqının çox ağır səfalətə düçar olması, hüquqlarının pozulması, nəhayət, xalqın etirazlarına səbəb oldu. Xalqın kütləvi şəkildə etirazları Serj Sarkisyanın sonunu gətirib çıxardı.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanda və Ermənistanda eyni ayda keçirilmiş seçkilərin nəticələri bu ölkələr üçün tam fərqli perspektivlər yaratdı. Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var, Ermənistanda isə xalqla iqtidar arasında böyük uçurum mövcuddur. Bu gün Yerevanda cərəyan edən gərginlik və Bakıda Formula 1 yarışlarına hazırlıq hər iki ölkədə kəskin fərqli mənzərəni aydın göstərir. Tənəzzülün, səfalətin hökm sürdüyü, sabitliyin pozulduğu, iqtisadiyyatın məhv olduğu Ermənistan hələ uzun müddət özünə gələ bilməyəcək. Azərbaycan isə sabitliyin, təhlükəsizliyin, dinamik iqtisadi inkişafın hökm sürdüyü, yüksək beynəlxalq nüfuza malik bir ölkədir.

Musa Quliyev deyib: “Yəqin ki, bundan sonra Sarkisyanın aqibəti daha ağır olacaq. Çünki o, törətdiyi cinayətlərə, hətta Ermənistandakı cinayətlərinə görə cavab verəcək, nəhayət, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı cinayətlərinə görə o, mühakimə olunacaq. Sadəcə, bunun zamana ehtiyacı var”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 556

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...