QHT və MEDİA
A- A A+

İkili standartlar demokratiyaya, ölkələrin müstəqilliyinə, eləcə də beynəlxalq təşkilatların gələcək mövcudluğuna təhlükədir

2018-04-24 09:35:28

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının ilk günündə keçirilən sərbəst müzakirələrdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyindən bəhs olunub

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun təqdim etdiyi bəyanat Avropa Şurası katibliyi tərəfindən nəşr edilərək parlamentarilərə paylanıb. Deputat dövlət müstəqilliyinin Azərbaycan tarixindəki xüsusi əhəmiyyətinə diqqət çəkərək vurğulayıb: “Hər bir xalqın tarixində və taleyində xüsusi rəmzi mənası olan günlər, aylar, illər də var. Çünki həmin tarixlərdə baş vermiş hadisələr millətin taleyini həll edir. Azərbaycan 100 il əvvəl may ayının 28-də müstəqilliyini elan edib, müsəlman Şərqində ilk respublikanı qurub. Lakin təəssüf ki, bizə bu 100 ilin yalnız 29 ilini müstəqil yaşamaq nəsib olub. 1918-ci ildə qazanılmış istiqlalımızı xarici hərbi və siyasi müdaxilə nəticəsində 2 il sonra, 1920-ci ilin aprelində itirdik. Bəlkə də məhz buna görə Azərbaycan xalqı istiqlalın, müstəqilliyin dəyərini burada təmsil olunan və istiqlalının yaşı yüzillərlə ölçülən ölkələrdən qat-qat yaxşı bilir. Biz 70 il sovet rejimi içərisində yaşayaraq itirilmiş istiqlalımızın həsrətini çəkmişik. Ona görə də bu gün bu müstəqilliyin qədrini çox bilir və onu hər təhlükədən qorumağa çalışırıq. Təhlükələr, təhdidlər isə indi də davam edir və əcaibi budur ki, belə təhlükələr yalnız istiqlalımızın ənənəvi potensial düşmənlərindən gəlmir. Müstəqilliyə zərbələrin bir hissəsi də bizə qarşı yalançı demokratiya pərdəsi arxasından yönəldilir”.

Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından sonra qazandığı uğurlardan söz açan Rafael Hüseynov deyib: “Azərbaycan yenidən bərpa etdiyi dövlət müstəqilliyinin 27 ili ərzində Cənubi Qafqaz regionunda aparıcı dövlətə çevrilməyi bacarıb. Regional və Avropa əhəmiyyətli bir sıra mühüm enerji və nəqliyyat layihələrində əsas söz sahibidir. Son dərəcə mürəkkəb bir coğrafiyada və çox dövlətlərin siyasi maraqlarının toqquşduğu kəsişmədə yerləşməsinə baxmayaraq, Azərbaycan ardıcıl müstəqil siyasət aparır. Heç bir böyük siyasi gücün və kənar dövlətin təsirinə düşmədən Azərbaycan kimi çox da böyük olmayan bir ölkəyə müstəqil qalmaq, həm də tam müstəqil siyasət aparmaq son dərəcə çətindir. Azərbaycan ərazilərinin 20 faizi qonşu Ermənistanın işğalı altındadır və bu işğalın da yeganə səbəbkarı və icraçısının Azərbaycandan qat-qat zəif olan Ermənistan olmasını düşünmək sadəlövhlük olardı.

Bu gün müstəqilliyinin 100 yaşını bayram etməyə hazırlaşan Azərbaycanın gənc bir demokratiya olaraq dəstəyə çox ehtiyacı var. Lakin dəstək gəlməli yerdən bir sıra hallarda təzyiqlərin, süni maneələrin, haqsız tənqid və hücumların baş qaldırması daha çox narahatlıq doğurur”.

Deputat bildirib ki, bir sıra beynəlxalq təşkilatların Azərbaycan kimi gənc müstəqil ölkələrə daha həssas və qayğıkeş yanaşması vacibdir. Avropa Şurası, ATƏT, Avropa Parlamenti kimi mötəbər qurumlarda əsas iş prinsipi ikili standartlar olanda, bu demokratiyaya, ayrı-ayrı ölkələrin müstəqilliyinə, elə həmin təşkilatların gələcək mövcudluğunu da təhlükə mənbəyinə çevrir. Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi qərəzkar, sifarişlə işləyən, demokratiyanın və inkişafın deyil, kəşfiyyatların maraqlarına xidmət edən qurumların fəaliyyəti Parlament Assambleyasında ayrıca müzakirə edilməlidir. Bəzi beynəlxalq təşkilatlardakı, eləcə də Avropa Şurası Parlament Assambleyasında olan və ayrı-ayrı mərkəzlər, lobbilər tərəfindən idarə olunan, şərə qulluq edən şəxslər barədə həqiqətlər araşdırılmalıdır.

R. Hüseynov qeyd edib ki, belə şəxslərin şübhəli fəaliyyətini aydın təsəvvür etmək üçün son bir neçə ilin stenoqramlarını götürüb baxmaq, təhlil etmək yetər. Demokratiya, inkişaf yolu tutanlara, müstəqil siyasət aparan dövlətlərə əngələ çevrilən belə qüvvələrə qarşı birlikdə mübarizə aparmaq lazımdır.

“Bu gün demokratiyanı saxta demokratlardan qorumağa həmişəkindən daha çox ehtiyac var. Belə ziyanlı ünsürlərin və qara qüvvələrin bizləri təkləyərək zəiflədə bilməmələri üçün əl-ələ verək, səs-səs olaq, birgə mübarizə aparaq”, - deyə R.Hüseynov diqqətə çatdırıb.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 307

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...