İQTİSADİ
A- A A+

ABŞ-da İpək Yolu ilə bağlı tədbir

2018-04-23 07:25:39

ABŞ-ın əsas siyasi və biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində 2018-ci il üzrə İpək Yolu həftəsi çərçivəsində beynəlxalq konfrans keçirilib

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçinin biznes sektorunun təmsilçiləri dəvət olunub və onlar tərəfindən Çindən Avropaya doğru uzanan bu yolun bərpası məqsədilə görülər tədbirlər barədə təqdimatlar verilib. Tədbirdə Azərbaycanla yanaşı, Çin, Pakistan, İndoneziya, Özbəkistan, Qazaxıstan və Türkiyəni təmsil edən nümayəndələr, həmçinin bir sıra dövlətlərin Çikaqoda yerləşən konsulluq təmsilçiləri, ABŞ-ın mərkəz-qərb regionun digər şəhərlərində fəaliyyət göstərən və biznes əlaqələrinin inkişafı ilə maraqlanan şirkət nümayəndələri iştirak ediblər. Konfransda ölkəmiz Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təmsil olunub. Səfirliyin əməkdaşı Azad Aslanov tədbirdə çıxış edərək iştirakçılara ölkəmizin bu yolun bərpasına verdiyi töhfələr, həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri, həmçinin qeyri-neft sektorunun inkişafı üzrə aparılan ardıcıl tədbirlər və biznes əlaqələrinin inkişafı üzrə mövcud imkanlar bərədə məlumat verib. Xüsusən ötən ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin açılışı, Cənub Qaz Dəhlizinin tikintisi üzrə əldə olunan uğurlar barədə danışılıb və bu kimi layihələrin iqtisadi faydaları ilə yanaşı, regionlararası əlaqələrin və mədəniyyət ənənələrinin gücləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Eyni zamanda, regionda olan münaqişələrin, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sabitliyə, inkişafa və rifaha yaratdığı təhdidlər göstərilib. Tədbirdə çıxışlarda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, bir sıra şirkətlərin nümayəndələri ölkəmizdə biznes imkanları və turistik səfərlər ilə maraqlanıb. Tədbir Şimali İllinoys Universitetinin Biznes Kollecinin dəstəyi ilə Mərkəzi Asiya Məhsuldarlığın Araşdırılması Mərkəzi tərəfindən təşkil edilib. Həmçinin, konfransın dəstəkləyici təşkilatları qismində ABŞ-Azərbaycan Ticarət Palatası, “SME Group” şirkəti, “Tianjin İqtisadi Texnoloji İnkişaf Sahəsi”, Türkiyənin Hacıtəpə Universitetinin Biznes Kolleci, “ABŞ-Qazaxıstan Biznes Assosiasiyası” və digərləri çıxış edib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 192

QHT və MEDİA

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

2018-08-13 09:10:17

QHT və MEDİA
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...
Rufiz Qonaqov: V XƏZƏR SAMMİTİ – XƏZƏRİN...

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkməni...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...

2018-08-09 12:00:01

İQTİSADİ
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...
Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” lay...

Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün müm...