SOSİAL
A- A A+

Pirallahıda idman turniri keçirilib

2018-04-22 22:15:17

Aprelin 22-də Pirallahı rayonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının və Koşiki-Karate federasiyasının birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş Koşiki Karate- do döyüş növü üzrə yarış turniri keçirilib. Turnirə respublika idman cəmiyyətlərindən 70-dək idmançı qatıldı

Turnirdən öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Yarışın açılışında çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hikmət Şikarov Azərbaycanda öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, idmanımızın inkişafına göstərdiyi diqqət və qayğısından, uzaqgörənliklə həyata keçirdiyi idman siyasətindən, insan həyatının ayrılmaz tərkib hissəsi olan sağlamlıq və gümrahlıq məşğələlərinə verdiyi böyük əhəmiyyətdən, müdrik rəhbərliyindən və qətiyyətli fəaliyyətindən danışdı.

Eyni zamanda, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edən Hikmət Şikarov idmançılarımızın Olimpiya, Avropa və dünya çempionatlarındakı parlaq qələbələr qazandıqlarını vurğulayıb. O, ölkəmizdə idmana göstərilən qayığının əsasının hələ Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın kütləviliyinin artırılmasına, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirir”-deyə qeyd edən partiyanın rayon təşkilatının sədri vurğulayıb ki, Pirallahı rayonunda gənclər siyasəti və idmanın inkişafı istiqamətində mütəmadi olaraq işlər aparılır və bu işlər gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, onlar arasında sağlam həyat tərzinin təbliğinə, gənclərin problemlərinin həllinə dəstək göstərilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradır.

Beləliklə, müxtəlif yarışların və turnirlərin təşkili rayonda həm idmanın inkişafına, həm də kütləviliyinin artırılmasına xidmət edir. Azərbaycan Koşiki-Karate federasiyasının prezidenti Talıb Berziqiyarov çıxışında idmanın bu növünün ölkəmizdə inkişafı istiqamətində görülən işlərdən, təşkil olunan yarışlardan danışıb, idmançılara uğurlar arzuladı.

Turnirin sonunda qaliblərə YAP Pirallahı rayon təşkilatının və Federasiyanın diplom, kubok və medalları təqdim olundu.

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 2955

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...